Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Rusiyada prezident seçkilərində səsvermə protokollarının hesablanması başa çatıb.

AZƏRTAC xəbər verir ki, son nəticələrə görə, Vladimir Putin 87,28 faiz səslə seçkilərdə qalib gəlib. Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski 3,20 faiz səs toplayıblar. 

Səsvermənin rəsmi nəticələri martın 21-də elan ediləcək. Yeni seçilən prezidentin inauqurasiyası mayın 7-nə təyin olunub.