Formula-1 Azərbaycan Qran-Prisi həyəcanı başladı
10.06.2022 [10:36]
24 saat öncə nələr baş verdi?
Müşfiqə BAYRAMLI
Formula 1: 5+1
Son iki gündür ki, Formula-1 Azərbaycan Qran-Prisi yarışı paytaxtın həyat ritmini təşkil edir. “F1 qayıdır: trekə və tribunaya!” devizi tədbirin ruhunu göstərən ifadədir.
İki aydan çoxdur ki, mötəbər yarışa hazırlıqlar gedirdi. Nəhayət, hazırlıq işləri tamamlandı və yarış sürətsevənləri qarşılamağa tam hazırdır. Mötəbər yarışa artıq saatlar qalıb.
Dünən “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün bilet alan azarkeşlər Pit zolağında gəzintiyə çıxıblar. Yalnız üçgünlük bileti olan tamaşaçılar bu gəzintidə iştirak edə biliblər.
Yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edib. Yüzlərlə ziyarətçi sayının olması heç də təsadüfi deyil. Statistika F1-ə marağın böyük olduğunun göstəricisidir. Fanatlar komandalar və onların qarajları ilə yaxından tanışlıq imkanı əldə ediblər.
F-1 azarkeşləri arasında yerli və xarici turistlər də yer alıblar.
Ən böyük maraq isə “Mercedes”in pilotu Luis Hamiltonun komandalarına idi. Rəqib potlarla müqayisədə Hamiltonun qarajının önündə daha çox izdiham vardı. Azyaşlı azarkeşlər hazırladıqları plakatlarla komandalarına dəstək olurdular. Komandalar isə öz balaca fanatlarını qaraja dəvət edib şəkillər çəkdirdi, hədiyyələr verdilər.
Bu məqamda F1 komandaları son hazırlıq işlərini davam etdiriblər, bolidləri qarajda texniki baxışdan keçiriblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
Mötəbər yarışı işıqlandırmaq üçün dünyanın dörd bir yanından mətbuat nümayəndələri Bakıya üz tutub. Akkreditasiyadan uğurla keçən həm xarici, həm də yerli jurnalistlər üçün yaradılmış şəraitdən olduqca məmnun görünürdülər.
Təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılmışdı. Həm qurudan, həm də havadan ciddi nəzarət vardı.
Tədbir fan zonada əyləncəli anlarla davam etdi.
Paytaxt küçələrində 2 dövlət bir ürək
Fan zonada davam edən tədbirdə qardaş ölkənin təmsilçisi Cem Bölükbaşı ilə fanlarının görüşü baş tutub. Gənc yaşında karyerasında böyük uğurlar əldə etmiş pilotun fanatları onu yalnız buraxmayıblar.
Qeyd edək ki, Cem Bölükbaşı Türkiyənin ilk Formula 2 yarış pilotudur. Monakoda Ən Yaxşı Formula 2 Performansına nail olan Cem Bölükbaşı izləyicilərin suallarını cavablandırıb. 24 yaşlı gənc pilot səmimi və mehriban çıxışları ilə bir daha ürəkləri fəth edib.
Peşəsi və şəxsi həyatı ilə bağlı sualları cavabsız qoymayan Cem bildirib ki, hələ 6 yaşında olarkən atası onun sürət sevgisini görüb yarışlara yönləndirib.
O, I-Racing-də 80.000 adam arasında ilk 35-likdə olarkən diqqət çəkib. Nəticədə, Formula 2 Çempionatında yarışan ilk türk yarış pilotu kimi tarixə düşüb.
Cem ölkəmizdə ilk dəfə olmaqdan və yarışmaqdan qürur duyduğunu söyləyib.
Sualları cavabladıqdan sonra sevənləri ilə şəkillər çəkdirib, avtoqraf imzalayıb.
Ən yadda qalan məqam isə yerli izləyicilərin qonağı Azərbaycan və Türkiyə bayraqları ilə dövriyyəyə alması idi.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10

