Rediküllər üzr istəyəcəklərmi?
23.04.2024 [09:50]
MÜBARİZ
Ölkəmizdəki redikül müxalifət düşərgəsində yer alan antimilli ünsürlərin sosial şəbəkə platformaları ilə məhdudlaşan “fəaliyyətləri” bəhanələrdən, manipulyasiyalardan uzağa getmir. Onlar maddi təminatlar müqabilində sıx bağlı olduqları Qərbdəki Azərbaycanafob dairələrdən aldıqları sifarişlərə və tezislərə uyğun davranırlar. Bu tezislər bir qayda olaraq hansı yollarlasa Azərbaycanın uğurlarına kölgə salmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıyır. Rediküllər də xislətlərinə uyğun tərzdə belə qara piar təbliğatında yer alaraq Qərb dairələrindən gələn sifarişlərə çox məmnuniyyətlə qol götürüb oynayırlar.
Fikirlərimizi əsaslandırmaq üçün rediküllərin zaman-zaman sərgilədikləri əməllərin və səsləndirdikləri absurd fikirlərin bəzilərini bir daha xatırlatmaq istərdik. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, filankəs O. qızı, Qənimət Zahid və digər bu kimi antimilli ünsürlər bir zamanlar iddia edirdilər ki, Azərbaycan heç vaxt öz torpaqlarını azad edə, işğal faktını aradan qaldıra bilməyəcək. Azərbaycanafob dairələr bu tezisi rediküllərə cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi yaratmaq, hakimiyyətə inamı sarsıtmaq məqsədilə ötürmüşdü. Məlumdur ki, Ermənistanın respublikamıza qarşı havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasəti uzun zaman kəsiyini əhatə etdi - torpaqlarımız üç onillik ərzində düşmənin nəzarəti altında qaldı. Ancaq bu müddətdə Qərb dairələri, o cümlədən də keçmiş Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə cəlb olunan ATƏT-in Minsk qrupu işğalçı Ermənistanın cəzalandırlması üçün hər hansı bir cəhd göstərmədi. Onlar hər vəchlə işğal məhsulu olan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdılar. Azərbaycan cəmiyyətində torpaqların azad ediləcəyinə ümidləri sarsıtmaq da bu planın tərkib hissəsi idi. İşğalçı qınanılmırdı, bunun əvəzində Azərbaycan hakimiyyəti hədəfə alınırdı. Reallıq isə rediküllərin dediklərinin tamam əksi idi. Onlar müxtəlif mərkəzlərlə təmaslar quranda, antimilli planlarda yer alanda hakimiyyət ölkəni torpaqlarımızı istənilən yolla azad etməyə hazırlayırdı. İqtisadiyyat gücləndirilir, ordu möhkəmləndirilirdi. Bunlarsız masada mövqeləri möhkəmlətmək, israrlı yanaşma ortaya qoymaq mümkün deyildi. Zaman gələndə Azərbaycan hakimiyyətinin necə doğru strategiyaya malik olduğu üzə çıxdı. Müzəffər Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşmən ordusunu kapitulyasiyaya məruz qoymaqla ərazilərimizin hərbi-siyasi yolla işğaldan azad edilməsinə nail oldu. Bu, Azərbaycanafob dairələrə və onların çaldıqları havaya oynayan rediküllərə tərs sillə oldu. 44 günlük müharibədə əldə olunan Zəfər son 200 illik tariximizin ən şanlı səhifəsidir. Bu, xalqımızın sonsuz qürur mənbəyi olaraq tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı torpaq sevgisinin, Vətən məhəbbətinin nə qədər böyük olduğunu bütün dünyaya sübut etdi. Bu Zəfərlə biz həm də bədxahlarımızın uydurduqları “Azərbaycan xalqı döyüşkən xalq deyil” mifini darmadağın etdik. Bundan pəjmürdə qalanlar bir düşmənlərimiz oldu, bir də sapı özümüzdən olan “Beşinci kolon” təmsilçiləri.
Ancaq bunlara da abırlarına qısılmaq hissini yerli-dibli itirmiş rediküllər yığnağı deyərlər. Onlar möhtəşəm Qələbəmizdən sonra “Xankəndidə bayrağımızı dalğalandıra bilməyəcəyik” məzmunlu yeni antitəbliğata başladılar. Antimilli ünsürlər bu “qara piar” təbliğatı ilə bir tərəfdən aldıqları sifarişlərə uyğun olaraq separatçılara dəstək verir, digər tərəfdən də şəhidlərimizin canı və qanı bahasına qazanılan Qələbənin əhəmiyyətini azaltmağa çalışırdılar. Ötən il sentyabrın 19-20-də keçirilən 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan Qarabağda separatizmin kökünü tamam kəsdi. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı Xankəndidə, Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza sonsuz qürur hissi yaşatdı.
Rediküllərin milli hissləri yenə də oyanmadı. Onlar bu möhtəşəm hadisələrin sevincinə şərik olmaq əvəzinə, yeni bəhanələrə rəvac verdilər. Belə ki, rediküllər antiterror əməliyyatları ilə dövlət suverenliyi və konstitusiya quruluşunun bərpasından sonra üzr istəmək və ya ən azından, susmaq əvəzinə “sülhməramlıları ərazilərimizdən çıxarmaq mümkün olmayacaq” deyə yeni kampaniyaya start verdilər. Onların oxları bu dəfə də daş-qayaya çırpılaraq çilik-çilik oldu. Erməni əhalinin Qarabağdan könüllü olaraq Ermənistana yerdəyişməsindən sonra burada sülhməramlı kontingentin qalmasına heç bir lüzum yox idi. Reallıq nəzərə alınmaqla Azərbaycanın və Rusiyanın ali rəhbərliyi sülhməramlı kontingentin ərazilərimizdən çıxarılması ilə bağlı razılığa gəliblər. Artıq prosesə start verilib. Sülhməramlıların çıxarılması, həmçinin Qazaxın 4 kəndinin ölkəmizə qaytarılması barədə razılıq əldə olunmasından sonra həmin antimilli ünsürlər faktiki olaraq arqumentsiz qalıblar. “Demokratik dəyərlər” və “vətənpərvərlik”dən dəm vuran rediküllər indi siyasi etika ortaya qoymaqla, ən azından Azərbaycan dövləti və xalqından üzr istəməlidirlər. Görəsən, onlar özlərində bu cəsarəti tapa biləcəklərmi?
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

