VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya mediasında...
03.05.2024 [10:15]
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışına beynəlxalq mətbuat geniş yer verib. Bununla bağlı materiallarda dövlət başçımızın Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb.
VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısı fikirləri Türkiyə mətbuatının da diqqət mərkəzində olub. Qardaş ölkənin Anadolu Agentliyi, “Haber Global” televiziyası, “Akşam” qəzeti, “Haberler.com” portalı və digər KİV-lərində yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək mötəbər qonağın qatıldığı qeyd olunub. Təqdim olunan informasiyalarda Prezident
İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilərək, dövlətimizin başçısının Avropa ölkələrinin neokolonializm siyasətinə son qoyulmasının vacibliyi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri əks olunub.
Rusiyanın TASS, “İnterfaks” agentliklərinin, “Vedomosti”, “Qazeta.ru”, “Profil” jurnalı, “Rossiya seqodnya” və digər kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə önəm verilib. TASS dövlətimizin başçısının Avropanın bir neçə ölkəsi tərəfindən həyata keçirilən neokonializm siyasətinin qarşısının alınmasının vacibliyini vurğulamasına diqqət çəkib. Agentliyin xəbərində qeyd olunub ki, dövlət başçısı Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi vurğulayıb.
Digər xəbərlərdə də Prezident İlham Əliyevin xüsusən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, delimitasiya və demarkasiya işlərinin aparılması və digər məsələlərlə bağlı fikirlərinə yer verilib.
Gürcüstanın “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primetime.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Qətər Xəbər Agentliyinin yaydığı xəbərdə Bakıda işə başlayan üçgünlük Forum çərçivəsində təşkil olunacaq 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.
Belarus mətbuatı da VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu gündəmdə saxlayıb. BELTA-da yayımlanan xəbərdə Belarus nümayəndə heyətinin də Foruma qatıldığı vurğulanıb. Qeyd edilib ki, mühüm məsələlərlə bağlı ciddi fikir mübadiləsinin aparıldığı Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, “çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”. Bu ölkənin “Sb.by” portalının yaydığı xəbərdə də Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğu vurğulanıb.
Ukraynanın “Telegraf” və “Korrespondent” nəşrləri əsasən dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərinə diqqət çəkib. Məqalələrdə Prezident İlham Əliyevin sülh müqaviləsi üzrə danışıqların Azərbaycanın irəli sürdüyü təkliflər əsasında aparılması, eləcə də iki ölkə arasında demarkasiya və delimitasiya işlərinə başlanıldığı, xüsusən bu prosesin vasitəçilər olmadan həyata keçirilməsi barədə fikirləri diqqətə çatdırılıb.
İranın İRNA agentliyinin, “Entexab” qəzetinin yaydığı xəbərlərdə Prezident
İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistanın otuz il davam etmiş işğala son qoyması üçün qəbul etdikləri qərar və qətnamələrin tələblərinin yerinə yetirilməsinə cəhd göstərmədikləri barədə sərt fikirlərinə geniş yer ayrılıb: “Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”. Yazılarda dövlətimizin başçısının iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyaların müşahidə olunmasını qeyd etməsi xüsusi vurğulanıb.
Türkmənistanın “Central Asia” media platformasının yaydığı xəbərdə də Prezident İlham Əliyevin Forumun açılış mərasimində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müşahidə olunan müsbət tendensiya barədə fikirləri diqqətə çatdırılıb.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

