Ulu Öndərin Azərbaycan gəncliyinə mirası
07.05.2024 [10:56]
10 may 2024-cü il tarixində müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edirik.
Heydər Əliyev bütün ömrünü ölkəsinə, xalqına sərf etmiş, dünya tarixinin ən yüksək pillələrinə adını əbədi həkk etdirmiş liderdir. Həyatının bütün dövrlərində hər şeydən öncə xalqını, Vətənini düşünən Ulu Öndərin müdrik siyasətinin, əzmkar və qorxmaz fəaliyyətinin nəticəsində ölkəmiz öz müstəqilliyini təmin etmiş, bugünki güclü və bütöv Azərbaycanın təməl addımları atılmışdır.
Çalışqanlığı, zəhməti, iradəsi və əzmi ilə hələ gənclik illərindən böyük uğurlara nail olan Ümummilli Lider qısa zaman dövründə bütün Sovetlər Birliyində yüksək nüfuz qazanmış, bununla da Azərbaycana ilk rəhbərlik dövrü başlamışdır. 1969-1982-ci illəri əhatə edən bu dövrdə Heydər Əliyev Azərbaycanı keçmiş Sovetlər Birliyinin tərkibində ən inkişaf etmiş respublikalardan birinə çevirmiş, bütün sahələrdə dinamik inkişafa nail olunmuşdur.
Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsində Azərbaycan gənclərinin yüksək ixtisaslı kadr kimi formalaşması, ölkənin gələcəyinin sağlam təməllər üzərində qurulması üçün ciddi addımlar atılırdı. 1500-dən çox azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi də məhz Ümummilli Liderin bu istiqamətdə Azərbaycanın gələcək inkişafına növbəti töhfəsi idi. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev öz vətəninin inkişafı ilə yanaşı, xalqının inkişafına da böyük diqqət göstərir, savadlı, dünyagörüşlü və təcrübəli nəsillərin formalaşması üçün çalışırdı.
1988-ci ildən başlayaraq Azərbaycanda artan hərc-mərclik və xaos bütün sahələrdə ard-arda böhranlı vəziyyət yaratmışdı. Əzəli və tarixi torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi, yarıtmaz və qorxaq siyasi hakimiyyətin öz şəxsi maraqları naminə atdıqları addımlar Azərbaycanı məhv olma təhlükəsi ilə üz-üzə qoymuşdu. Qısa zaman ərzində torpaqlarımızın 20 faizindən çoxu işğal olunmuş, ölkə vətəndaş müharibəsinin astanasına gəlmişdi. Belə bir çətin və çıxılmaz vəziyyətdə xalqın vahid iradəsi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, Azərbaycan dövlətinin və xalqının böyük xilası təmin olunmuşdu.
Heydər Əliyevin böyüklüyü və müdrikliyi sadəcə xilaskar olmasında deyildi. O, həm də bügünki müstəqil və güclü Azərbaycanın təməlini gücləndirirdi. İşğala məruz qalmış, iqtisadiyyatı, təhsil sistemi, ictimai-sosial həyatı tamamilə dağıdılmış Azərbaycanın yenidən qurulmasını təmin edirdi. Bunun nəticəsi idi ki, qısa zaman kəsiyində ölkəmiz dirçəlir, dövlət təsisatları yenidən qurulur, xalqın təhlükəsiz və rahat mühitdə yaşaması üçün addımlar atılırdı. Çevik və səmərəli idarəetmənin bərpası üçün atılan addımların nəticəsində Azərbaycan yeni mərhələyə qədəm qoyurdu. Bu mərhələ gələcəyin güclü və bütöv Azərbaycanına hazırlıq dövrü idi.
Ümummili Liderin gəncliyə verdiyi böyük qiymət bu dövrdə də öz yerini qoruyurdu. Məhz Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin əsasını qoyması ilə Azərbaycan gəncliyi öz xilas yolunu tapdı. Gənclərlə iş sahəsində atılan addımlar, qəbul olunan qərarlar sağlam, vətənpərvər və savadlı gəncliyin formalaşması üçün bünövrəyə çevrildi. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”,- deyən Heydər Əliyev bununla Azərbaycan gənclərinə verdiyi yüksək dəyəri bir daha sərgiləyirdi.
Tarixin bütün dövrlərində çox az xalq vardır ki, onlar böyük liderə sahib olurlar. Azərbaycan xalqı isə bu mənada xüsusi ilə xoşbəxtdir. Çünki, Heydər Əliyev ölkəmiz və xalqımız üçün sadəcə böyük lider və xilaskar olmadı, o, həm də müstəqilliyini təmin etdiyi Vətəninin gələcək inkişafını, yüksəlişini təmin edəcək varisini özündən sonra Azərbaycan xalqına ən böyük miras qoydu. Ulu öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının növbəti mərhələsinə qədəm qoydu. 2003-cü ildən başlayan bu dövrdə Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin rhbərliyi ilə daha da inkişaf etdi, şaxələndi və bugünki Azərbaycanı yaratdı.
Ümummili Liderin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyevin ldierliyi ilə Azərbaycanı qalib, bütöv və güclü ölkəyə çevirdi. Bu yolda Azərbaycan gəncliyi hər daim öz liderinin ətrafında bir yumruq kimi birləşdi.
2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər məhz düşünülmüş və reallaşdırılmış müdrik siyasətin böyük uğuru idi. Həmin zəfərlə başlayan yeni dövr ölkəmiz və xalqımız üçün yeni reallıqları da özü ilə bərabər gətirdi. Azərbaycan artıq daha güclü, daha böyük və bütöv idi. Bununla da, növbəti qələbələrin əsası qoyuldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşamaqdadır. Yeni reallıqlar təkcə regionumuzda yox, bütün dünyada Azərbaycanı hər bir məsələdə ən yüksək pilləyə qaldırıb, əsas diqqət mərkəzinə çevirib. Məhz Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsidir ki, Azərbaycan qlobal gündəliyin məsələlərində sadəcə iştirak etmir, həm də bu məsələlərin həllində əsas rol oynayır. Təsadüfi deyil ki, bu il ölkəmiz dünyanın ən mötəbər tədbirlərindən birinə - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək. Dünyanın 199 ölkəsindən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutacaq konfrans bir daha bütün dünyanın diqqətini ölkəmizə çevirəcək. Bu isə Azərbaycanın böyük yüksəlişinin növbəti təzahürüdür.
Bugünkü Azərbaycan gəncliyindən, gənclərimizin daşıdığı ali dəyərlərdən danışarkən Heydər Əliyevin Azərbaycan gəncliyinə qoyduğu böyük mirası xatırlayırıq. Vətənpərvərlik, dövlətçilik, tarixi kökünə bağlılıq, savadlı və yüksək dünyagörüşlü vətəndaş olaraq formalaşmaq Ulu Öndərin gənclər siyasəti ilə yanaşı, həm də ölkəsi və xalqı üçün sərf etdiyi həyat yolunun nümunəsində ən açıq şəkildə görülməkdədir. Heydər Əliyevin keçdiyi ömür yolu, fikirləri, cəsarəti, xalqına və ölkəsinə olan sevgisi Azərbaycan gəncliyi üçün ən böyük nümunədir. Məhz buna görə də hər bir gənc Ulu Öndəri daha yaxından öyrənməli, tanımalı, öz həyatı, gələcəyi və kimliyi üçün nümunə götürməlidir.
Azərbaycan gəncliyi bu gün Heydər Əliyevin görmək istədiyi gənclikdir. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dünyaya göz açan, Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan bugünki gənclik həm də böyük vəzifələrin daşıyıcısıdır. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın qalib vətəndaşları olan bu gənclik gələcək nəsillərə öz daşıdığı mirası ən ali şəkildə ötürməlidir. Bizim ən əsas vəzifəmiz qalib, güclü və bütöv Azərbaycanı daşıdığımız ali dəyərlərlə birgə yeni nəsilə miras qoymaqdır.
Bəxtiyar İslamov,
YAP Gənclər Birliyinin sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

