Fransanın Yeni Kaledoniya planları etirazlar doğurur
17.05.2024 [10:30]
Bakı Təşəbbüs Qrupu bəyanat yayıb
Fransanın Yeni Kaledoniya ilə bağlı planları bu ölkədə ciddi qarşıdurmalar yaradıb. Artıq xeyli müddətdir ki, davamlı etiraz aksiyaları keçirilir. Təkcə son hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. 200 maşın və 50-dən çox iş yeri yandırılıb. Fransa hökuməti etirazları yatırmaq üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.
Kanak xalqını ayağa qaldıran səbəb
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, bu siyasətin mahiyyəti dəyişməyib. Verilən məlumatlara görə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib.
Kanak xalqı da uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən ciddi əziyyət çəkir. Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.
Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Kanak xalqının bu dəfəki etirazlarına səbəb isə Emmanuel Makron hakimiyyətinin Yeni Kaledoniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Artıq siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start verib. Əslində, “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Fransa hakimiyyəti bunun qarşısını almaq üçün qüvvələr balansını tarazlaşdırmağı hədəfləyib. E.Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəiflətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar.
Bakı Təşəbbüs Qrupunun həmrəyliyi
Fransa hakimiyyətinin Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı aboregen icmalar tərəfindən keçirilən etiraz aksiyalarının qarşısını dünyada qəbul olunmayan qəddar üsullarla almağa çalışmasına biganə qalmaq mümkün deyil. Müstəmləkə ölkəsində baş verənlər demokratiya, insan və vətəndaş hüquq və azadlıqları adına qara bir ləkədir. Bu ləkənin ağır məsuliyyəti Fransanın üzərində həmişəlik qalacaq.
E.Makron iqtidarının Yeni Kaledoniyada törətdikləri beynəlxalq səviyyədə də ciddi qınaqlarla qarşılanır. Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Sənəddə Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqların dərin narahatçılıq doğurduğu diqqətə çatdırılıb. Bildirldiyi kimi, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da, öz növbəsində, haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub. “Kanak xalqının rəyi nəzərə alınmadan konstitusiyaya təklif edilən son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub”, - deyə bəyanatda vurğulanıb.
Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid edir. Bəyanatda kanak xalqına həmrəylik ifadə olunub. Sitat: “Biz kanaklı dostlarımız ilə həmrəyik və onların ədalətli mübarizəsində daima yanlarında durmuşuq. Fransa hökumətindən kanak xalqının qərarını nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı və layiqli gələcək istəyənləri dəstəkləyirik”.
Fransanın naziri yalan danışır
Bu günlərdə E.Makron iqtidarının təmsilçiləri Yeni Kaledoniyada baş verənlərlə bağlı artan beynəlxalq qınaqdan yayınmaqdan ötrü əsassız iddialar səsləndirirlər. Fransa hakimiyyətinin bu qəbildən olan ittihamlarının ünvanlandığı ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz beynəlxalq səviyyədə Fransanın qatı müstəmləkəçilik siyasətini ardıcıl şəkildə ifşa edir. Bu isə E. Makron iqtidarının xoşuna gəlmir. Öz qəbahətlərini, o cümlədən də Afrikada, dənizaşırı ərazilərdə qanlı müstəmləkəçilik siyasəti apardığını, insanlıq əleyhinə cinayətlər törətdiyini etiraf etməyə və üzr istəməyə cəsarəti çatmayan Yelisey Sarayı Bakını nədəsə günahlandırmağa çalışır. Fransanın daxili işlər naziri Jeral Darmanənin mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı növbəti dəfə sərsəm iddialar səsləndirilib. Nazir yalan danışır və ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır. Yeni Kaledoniya məsələsi indinin problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsidir, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. İndi bunun günahını Azərbaycanın üzərinə yıxmaq bir növ həyasızlıq və çarəsizlik anlamında qəbul olunur. Fransanın neokolonializm siyasətinin təzahürlərindən biri də keçmiş və indiki müstəmləkə ölkələrində yerli əhalinin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdır. Xüsusilə də Emmanuel Makron hakimiyyəti yerli icmaların milli-dini kimliyinə qarşı açıq “səlib yürüşü”nə çıxıb. Kiçik xalqların mədəniyyətləri, ənənələri gözdən salınır, milli dillər sıxışdırılır, mənəvi dəyərlər məqsədli aşınmalara məruz qoyulur. Fransa hakimiyyətinin Yeni Kaledoniyada bədnam “konstitusiya islahatları”na başlaması da belə çirkin məqsədə xidmət edir. Uzun illərdər ərzində Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır, kanakların sayının azalması, onların kənara sıxışdırılması üçün orada kolonialistlərin sayını artırır. Bu gün baş verənlər də məhz bu siyasətə qarşı mübarizədir.
Sistemaik problemlərə cavab vermək əvəzinə, Fransa Azərbaycanı ittiham edir. Təəssüf doğuran haldır ki, Fransa mediası da siyasi hakimiyyətlə eyni mövqedədir. Bu gün Fransa mediasında sanki Yeni Kaledoniya mövcusuna tabu qoyulub, çap və elektron media qurumları kanakların azadlıq mübarizəsindən, dinc sakinlərin öldürülməsindən yazmır. Görəsən, “demokratik” Fransanın mediası niyə susqunluq nümayiş etdirir?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

