Azərbaycanın xristian dini icma nümayəndələri Polşaya səfər edib
27.05.2024 [13:27]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərliyi ilə Azərbaycanın katolik, pravoslav, protestant və Alban-udi xristian dini icmalarının nümayəndələrindən ibarət heyət Polşaya səfər edib. Səfər müddətində bir sıra görüşlər keçirilb. İlk görüş Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviç, arxiyepiskop Mixal Yanoxa ilə baş tutub. Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizmə sadiqliyi, eləcə də ölkə daxilində zəngin Qafqaz alban və xristian irsi ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul keçirilib. Qəbulda Polşanın xarici işlər nazirinin müavini Anna Radvan-Rörenşef, Polşa Seyminin vitse-marşalı Kşıştof Bosak, bir sıra nazir müavinləri, hökumət, Seym və Senatın üzvləri, Avropa Parlamentinin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr də tədbirə qatılıblar.
Nümayəndə heyəti Varşava Böyükşəhər arxiyepiskopu, kardinal Kajimij Nıdzlə, Xristian İlahiyyat Akademiyasının dekanı Yeji Ostapçukla, Varşavanın Vola rayonundakı Pravoslav kilsəsinin baş keşişi Adam Misiyukla (Varşava arxiyepiskopu və bütün Polşanın mitropoliti Savanın adından), Polşanın dini təşkilatları və kütləvi informasiya vasitələri ilə də görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın multikulturalizm siyasəti haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində “Azərbaycanın multikultural kimliyində xristian mirası” foto sərgisinin açılışı olub. Sərginin açılışında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, sərgidə Azərbaycanda xristian inancının özünəməxsus müxtəlifliyi qeyd olunub. Burada Qarabağdakı füsunkar alban məbədlərinə xüsusi diqqət ayrılıb, onların Azərbaycanın xristian tarixində unikal yeri vurğulanıb. Sərginin açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa tərəfindən Varşava Baş yeparxiyasının köməkçi yepiskopu (müavini), Polşa Yepiskoplar Konfransının Mədəniyyət və Mədəni İrsin Mühafizəsi Şurasının sədri, yepiskop Mixal Yanoxa da çıxış ediblər. Sərgi iki həftə ərzində Varşavanın mərkəzində nümayiş olunacaq.
Polşanın Müftisi Tomaş Mişkeviçlə görüşdə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Səfər çərçivəsində II Dünya Müharibəsi illərində Polşa Milli Ordusunda xidmət etmiş polkovnik Vəli bəy Yadigarın məzarı da ziyarət olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

