Qərbi Azərbaycan İcmasından növbəti addım...
04.06.2024 [10:24]
1987-1991-ci illərdə soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərin sayı və adları dəqiqləşdirilib, soydaşlarımızın siyahısı tərtib edilib
NARDAR
Azərbaycan xalqı son iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, deportasiya və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib.
Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində mükafatlandırılıb və təltif olunublar. Bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
Yeri gəlmişkən, qeyd edək ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərin dəqiq sayı və adları müəyyənləşdirilib və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısı tərtib edilib. Bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli KİV-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması qarşısına Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında təsbit olunmuş konkret vəzifələr qoyub və addım-addım onları həyata keçirməkdədir: “Bu sırada Qərbi Azərbaycan həqiqətlərini bütün tərəfləri ilə öyrənmək və onları beynəlxalq müstəviyə çıxarmaq xüsusi yer tutur”.
Ə.Ələkbərli qeyd edib ki, ilk addım olaraq sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində soydaşlarımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş soyqırımı cinayətini sənədləşdirməyə başlayıblar: “Təbii ki, ilk olaraq soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını müəyyənləşdirdik və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısını tərtib etdik. Əslində, bu, düşündüyümüzdən daha çətin proses oldu, çünki həmin tarixdən təxminən 36 il keçib və insanlarımızın bir hissəsi bu müddət ərzində dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın bir çox ölkələrinə səpələnib ki, onların bəzilərinin harada yaşadığını müəyyən etmək belə çox çətindir. Çətin də olsa, biz bu işin öhdəsindən gəldik və onları rəsmi olaraq geniş ictimaiyyətə açıqlamağa hazırlaşırıq”.
Ümumiyyətlə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasında qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. İcma bu istiqamətdə fəaliyyətini davam etdirməklə yanaşı, Ermənistan hökumətinin tarixi yurd yerlərimizlə bağlı aqressiv siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

