Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür”

“Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür”

14.08.2024 [17:34]

“Parlamentin bir neçə funksiyası var. Onların təməlində qanunvericilik, eyni zamanda, cəmiyyəti təmsil etmək missiyası dayanır. Bu gün isə Milli Məclisə seçiləcək insanların qarşısında ikiqat artıq məsuliyyəti yaranır. Çünki Azərbaycan mühüm regional və beynəlxalq proseslərə qoşulub”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, bu gün Azərbaycan regionda sürətlə inkişaf edən, güclü dövlətlərdən biridir: “Belə olan təqdirdə, əlbəttə ki, parlamentarilər də mövcud reallıqlarla ayaqlaşmalı, yeni çağırışlara cavab verən addımlar atmağı bacarmalıdırlar. Parlamentlərarası əlaqələr üzrə işçi qruplarında, ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsilçilik üçün dil bilgiləri, ünsiyyət bacarığı və intellektual potensial olduqca vacibdir”.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti parlament seçkisinin demokratik formada, təhlükəsiz şəraitdə keçməsi üçün bütün şərtləri təmin edib: “Seçicilərin onları layiqli təmsil edə biləcək namizədi müəyyənləşdirib səs vermələri üçün hər cür şərait yaradılıb. İnanırıq ki, Azərbaycanın bütün rayonlarında və şəhərlərində, seçki dairələrində və məntəqələrində xalq səsverməyə gedəcək, orada istədiyi namizədə səs verəcək”.


 

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30