Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyanla Putin arasında telefon danışığı olub

Paşinyanla Putin arasında telefon danışığı olub

23.08.2024 [14:08]

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfərinin müzakirə edildiyi bildirilir.

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - məlumatda belə deyilir.

Nazirlər Kabinetindən onu da bildiriblər ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşdığını deyib.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30