Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COP29-a hazırlıq prosesi davam edir - Muxtar Babayev

COP29-a hazırlıq prosesi davam edir - Muxtar Babayev

03.09.2024 [11:10]

COP29-a hazırlıq prosesi davam edir. Burada bütün lazım olan komandalar həm danışıqlar prosesində, həm də texniki nöqteyi-nəzərdən tədbirin keçirilməsi üçün lazımi işləri təşkil edir. Bu gün çox geniş platforma - şəffaflıq platforması yaradıldı. Şəffaflıq platformasının yaradılması Azərbaycan komandası tərəfindən irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.

“Əminəm ki, bu gün çox ciddi məsələlərin müzakirəsinə əlverişli şərait olacaq. Ölkələrə həmin şəffaflıq təşəbbüslərinin icra olunmasında, həyata keçirilməsində olan bəzi problemlərin müzakirəsinə yaxşı imkan yaranacaq. Azərbaycan böyük tədbirin ev sahibi kimi şəffaflıq sənədinin hazırlanmasında digər ölkələrə kömək göstərilməsini təşkil edir. Mayda ilk təlimlərimiz keçirilib. Növbəti təlimlər Afrika və digər ölkələrdə olacaq. Burada əsas məqsəd ölkələrə dəstəyin verilməsi və şəffaflıq sənədinin dekabrda təqdim olunmasıdır”.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30