Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

03.09.2024 [11:25]

Narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı Babək İsayev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, B.İsayevdən tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Həyata keçirilən digər tədbirlərlə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Vidadi Fərəcov və Hikmət Quliyev saxlanılıblar. Onların Aşağı Nüvədi qəsəbəsi ərazisindəki otlaq sahəsində əkdikləri çətənə bitkiləri aşkarlanıb.

Araşdırmalar aparılır.

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30