“Azercell” yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
03.10.2024 [13:12]
Ölkənin lider mobil operatoru “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.
Belə ki, “Premium” tarif paketləri çərçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqələr ümumi ölkədaxili danışıq dəqiqələri ilə əvəz edilir. Bu da abunəçilərə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verir. Abunəçilər seçdikləri “Premium” tarif paketindən asılı olaraq 3000, 4000 və ya 5000 ölkədaxili dəqiqədən yararlana bilərlər.
Həmçinin “Premium” tarif paketləri çərçivəsində abunəçilərə təqdim edilən “Premium+” loyallıq proqramında da dəyişikliklər tətbiq edilir.
Xatırladaq ki, proqrama fərdi “Premium Müştəri Dəstək Xətti”, “Azercell” Eksklüziv ofislərində “Sürətli keçid” xidməti, Mobil Müştəri Xidmətindən ödənişsiz istifadə, Telefon Mərkəzinin xidmətlərindən növbədənkənar və ödənişsiz yararlanmaq imkanı, ad günü hədiyyələri, eləcə də digər imtiyazlar daxildir.
Proqrama aşağıda göstərilən yeniliklər əlavə edilir:
- “Kinon Premium”dan istifadə imkanı: “Premium” tarifinin istifadəçilərinə xüsusi təklif şəklində 6 ay ərzində “Kinon Premium” xidmətindən yararlanmaq imkanı verilir. Bu xüsusi təklifi aktivləşdirmək üçün “Premium abunəçiləri telefonun ekranında *805#YES yığa bilərlər. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş cari tariflər üzrə hesablanacaq və 9 manat təşkil edəcək.
“Kinon” 240-dan çox kanalın yüksək keyfiyyətli canlı yayımını, eləcə də məşhur film studiyalarının yeni film və seriallarını bir tətbiqdə birləşdirir. Xidmətdən eyni anda müxtəlif cihazlarda, ən əsası isə bir abunəlik çərçivəsində 5 fərqli hesab yaradaraq yararlanmaq mümkündür.
“Kinon”dan “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, “Android TV” və “Samsung Smart TV”lərdə, planşetlərdə və digər cihazlarda istifadə etmək olar. Tezliklə xidmət LG Smart TV-lər üçün də əlçatan olacaq. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək mümkündür.
- “Azercell” tətbiqində eksklüziv “Premium qızıl” dizayn: İyul ayının 31-dən etibarən Premium abunəçilərinin istifadəsinə xüsusi “Premium qızıl” rəngli interfeys təqdim edilib. Bu interfeys istifadəçilərə həmçinin “Premium+” loyallıq proqramının bütün üstünlükləri haqqında rahatlıqla məlumat əldə etmək və onlardan yararlanmaq imkanı verir.
Yeni dizaynın təqdim etdiyi eksklüziv xüsusiyyətlər gözəl vizual görünüş yaratması ilə yanaşı, müştəri-yönümlüdür və tətbiqdən istifadə təcrübəsini də təkmilləşdirir. Əsas səhifəyə əlavə olunan xüsusi “Premium” vidjet isə “Premium+” səhifəsinə keçidi asanlaşdırır. “Premium” tarifinin abunəçiləri üçün eksklüziv təqdim edilən ödənişsiz xidmətlər haqqında məlumatlar məhz burada öz əksini tapır.
“Premium” tarif paketləri və “Premium+” loyallıq proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/azercell_premium səhifəsinə keçid etməyiniz xahiş edilir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

