Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

24.10.2024 [16:20]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilərək reabilitasiya tədbirlərinə cəlb olunan bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Arxeoloji Mərkəzinə səfər edib.

Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ukraynalı uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar.

Arxeoloji Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara Tarix-Bədii Qoruğun və Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər.

Sonra qoruğun tarixi məkanları - Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanışlıq olub. Yerli və xarici ölkə arxeoloqlarının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30