“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub
18.04.2025 [20:11]
Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin də təklifləri nəzərə alınmaqla təkmilləşdirilən bu platforma üzərində hər bir operator və provayderin şəxsi kabineti mövcuddur. İstehlakçılardan daxil olan şikayətlər birbaşa operator və provayderlərin şəxsi kabinetlərində əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.
2023-cü ilin oktyabr ayında operator və provayderlərə, 2024-cü ilin mart ayında isə poçt (karqo) rabitəsi operatorlarına İKTA tərəfindən xidmətdən istifadənin effektivliyinin artırılması üçün “E-Şikayət” elektron xidməti üzrə təlimlər keçirilib. Eyni zamanda, “E-Şikayət” sistemi üzrə operator, provayderlər və poçt rabitəsi operatorları üçün təlimatlar hazırlanıb. İstehlakçılardan operator və provayderlərə ünvanlanmış şikayətlərin icra vəziyyətinin son statusunu izləmək üçün agentlik tərəfindən onlayn rejimdə mütəmadi yenilənən şikayətlərin izləmə sistemi qurulub.
Bu il aprelin 1-nə olan məlumata görə, “E-Şikayət” platformasına 5863 müraciət daxil olub. Bu da gün ərzində orta hesabla 12 müraciət deməkdir. Həmin müraciətlərdən 5354-ü (91,32 faiz) telekommunikasiya, 509-u (8,68 faiz) isə poçt rabitəsi sahəsi ilə bağlı olub.
Ötən ilin noyabr ayında “E-Şikayət” sisteminin mobil tətbiqi istifadəyə verilib və qısa müddət ərzində abunəçilərin ümumi şikayətlərinin 266-sı, yaxud 4,54 faizi bu üsulla edilib. Müraciətlərin 88,35 faizi telekommunikasiya, 11,65 faizi isə poçt rabitəsi ilə bağlı olub. Şikayətlərin 78,9 faizi kişilər, 21,1 faizi isə qadınlar tərəfindən ünvanlanıb.
“E-Şikayət” sisteminə daxil olan şikayətlərin 98,77 faizi cavablandırılıb, 1,23 faizi isə icra mərhələsindədir.
Müraciət sayının artması sistemin zaman keçdikcə daha da aktuallaşmasına və istifadəçilərlə operator və provayderlər arasında körpü rolu oynamasına səbəb olub.
Telekommunikasiya sahəsində fəaliyyət göstərən (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”) 140 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin 64,61 faizi sabit internet xidmətlərini əhatə edir. Mobil rabitə barəsində olan şikayətlər 19,31 faiz, telefon rabitəsi barədə olan şikayətlər 12,96 faiz və mobil internet barəsində olan şikayətlər isə 3,1 faiz təşkil edir.
Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,02 faizini əhatə edir.
İkinci yerdə 17,65 faizlə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 8,01 faizə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 43,68 faizini təşkil edir.
Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (5,25 faiz), “Operator dəyişdirmə (nömrədaşıma)” (5,57 faiz), və “Tariflərlə bağlı şikayət” (3,85 faiz) alt kateqoriyalarını əhatə edir.
“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (6,57 faiz), “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (1,34 faiz) və “İnfrastrukturla əlaqədar” (1,29 faiz) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.
“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,88 faiz), “Operator dəyişdirmə (nömrədaşıma)” (0,6 faiz) və “Tariflərlə bağlı şikayət” (0,54 faiz) alt kateqoriyaları ilk 3 yeri tutur.
Şikayətlərin coğrafiyasına gəldikdə, 54,37 faiz müraciət Bakı şəhərindən edilib. Eyni zamanda, Abşeron – Xırdalan üzrə şikayətlərin payı 7,71 faiz, Sumqayıt şəhəri üzrə 4,55 faiz, Lənkəran rayonu üzrə 2,42 faiz, Gəncə şəhəri isə 2,27 faiz təşkil edib. Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 71,32 faizi bu 5 ərazi vahidinin payına düşüb. Digər ərazi vahidlərinin hər biri üzrə müraciətlərin faiz göstəricisi 2 faizdən aşağıdır. Amma ümumilikdə müraciətlərin 18,01 faizini təşkil edir.
2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Son 1 ildə bu istiqamətdə 509 müraciət daxil olub. Həmin müraciətlərin 72,89 faizi sürətli poçt rabitəsi, 27,11 faizi isə universal poçt rabitəsi xidmətləri üzrə olub.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

