Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir
03.10.2025 [17:25]
Pirallahı Rayon İcra Hakimiyyəti və 186 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin ailə üzvləri, müəllimləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra şəhid Elmar Nəbiyevə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
İlk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən bəhs etmiş, bu müharibənin xalqımızın birliyi, ordumuzun gücü və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını vurğulamışdır. Çıxış zamanı qeyd edilmişdir ki, bu şanlı Qələbənin qazanılmasında canından keçən şəhidlərimizin, o cümlədən Pirallahı rayon sakini Elmar Nəbiyevin qəhrəmanlığı xalqımız üçün böyük qürur mənbəyidir. Eyni zamanda, Elmar Nəbiyevin göstərdiyi fədakarlıq, cəsurluq və vətənpərvərlik gənc nəsil üçün nümunə kimi dəyərləndirilmiş, məhz belə qəhrəmanlarımızın sayəsində bu gün Azərbaycan xalqının işğaldan azad olunmuş ərazilərdə əmin-amanlıq və sabitlik şəraitində yaşadığı bildirilmişdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov Vətən müharibəsində qazanılan Qələbənin hər bir vətəndaş üçün fəxr mənbəyi olduğunu vurğulamışdır. Şəhidlərin xatirəsinin uca tutulması, onların ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığı qeyd olunmuş, bu istiqamətdə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi sosial dəstək tədbirlərindən bəhs edilmişdir. Elmar Nəbiyevin həyat yolu və döyüşlərdə göstərdiyi igidlik bir daha xatırlanmış, onun xatirəsinin daim yaşayacağı vurğulanmışdır.
Yekun olaraq çıxış edən şəhidin müəllimi, hazırda şəhidin adını daşıyan V "a" sinfinin sinif rəhbəri Rəna Mustafayeva Elmar Nəbiyevin məktəb illərindəki davranış və şəxsiyyət xüsusiyyətlərindən bəhs etmiş, onun məsuliyyətli, çalışqan və vətənpərvər bir şagird kimi yadda qaldığını qeyd etmişdir. Bildirilmişdir ki, Elmarın adını daşıyan sinfə rəhbərlik etmək böyük şərəf və məsuliyyətdir. Sinifdə təhsil alan hər bir şagirdə vətən sevgisi, milli dəyərlərə hörmət və məsuliyyət hissinin aşılanması, şəhidin xatirəsinin yaşadılması əsas hədəf kimi müəyyən olunmuşdur.
Tədbirin sonunda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və ehtirama görə dövlət rəhbərliyinə, Pirallahı Rayon İcra Hakimiyyətinə və tədbirin təşkilatçılarına təşəkkür etmişlər. Məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, Elmar Nəbiyevin həyat və döyüş yolunu əks etdirən stendlər və foto guşələr tədbir iştirakçılarının diqqətinə təqdim edilmişdir.
Anım tədbirindən sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri şəhid Elmar Nəbiyevin məzarını ziyarət etmiş, onun ruhuna dualar oxunmuş və məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Sonda şəhidin ailəsi yaşadığı ünvanda ziyarət olunmuş, onlara mənəvi dəstək ifadə edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

