“Rebuild Karabakh” hakatonu uğurla başa çatıb
15.11.2025 [14:49]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu uğurla başa çatıb.
İki gün davam edən hakaton 31 oktyabr – 1 noyabr 2025-ci il tarixlərini əhatə edib. Layihənin əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gənclərin, startapçıların, mütəxəssislərin və innovativ yanaşmaların cəlb olunmasını təmin etmək, eyni zamanda regionun ağıllı, ekoloji və dayanıqlı inkişafına töhfə vermək olub.
Hakatonun birinci günündə iştirakçılar mentorların dəstəyi ilə ideyalarını inkişaf etdirib, “ağıllı şəhərlər”, “mobillik”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” istiqamətləri üzrə innovativ layihələr üzərində çalışıblar.
İkinci gün isə 18 komanda və 75 iştirakçı layihələrini münsiflər heyətinə təqdim edib. Dəyərləndirmə nəticəsində “LankonFarm” komandası birinci yerə, “Engineers” komandası ikinci yerə, “HidroBanm” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar mükafatlandırılıb, “UNECode”, “Lunex”, “CO2toD” komandaları isə həvəsləndirici yerləri tutublar.
Qalib komandaların layihələri xüsusilə innovativ və dayanıqlı yanaşmaları ilə seçilib:
- “LankonFarm” komandası Qarabağ fermerləri üçün vasitəçiliyi azaldan, ağıllı soyuducu və sensor izləmə sistemləri vasitəsilə məhsulun daşınmasını optimallaşdıran innovativ aqrotexnoloji həll işləyib hazırlayıb.
- “Engineers” komandası isə Qarabağda su və torpaq problemlərini həll edərək balıqçılıq və əkinçiliyi birləşdirən, sensor və filtrasiya sistemləri ilə resurslardan səmərəli istifadəni təmin edən dayanıqlı kənd təsərrüfatı modeli təqdim edib.
- “HidroBANM” komandası hidrogellər vasitəsilə rütubəti sovuraraq infrastrukturda korroziyanın və su yığılmasının qarşısını alan, həyat keyfiyyətini və ekoloji dayanıqlığı artıran ağıllı həll təqdim edib.
Hakatonda iştirak edən ümumilikdə 6 komanda 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində öz layihələrini birbaşa təqdim etmək imkanı qazanıb.
Qeyd edək ki, bu təşəbbüs Qarabağın müasir, ekoloji və “ağıllı şəhər” standartlarına uyğun gələcəyinin formalaşdırılmasına, eləcə də gənclərin regionun innovativ inkişaf prosesində aktiv iştirakına mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

