/ / Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər keçiriləcək
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər keçiriləcək
03.06.2026 [10:31]
4-5 iyun 2026-cı il tarixlərində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində bir sıra tədbirlər keçiriləcək.
Tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı və layihənin rəhbəri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, Bakı Dövlət Universitetinin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva təmsil olunacaqlar.
Layihə çərçivəsində Ankara Universitetinin ev sahibliyi ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və Universitetin Gözəl Sənətlər Fakültəsinin birgə təşkilatçılığı ilə “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir çərçivəsində qərbi azərbaycanlıların, xüsusilə də İrəvan Xan Sarayının milli geyim mədəniyyətini əks etdirən nümunələrdən ibarət sərgi təşkil olunacaq, həmçinin iştirakçılar Qərbi Azərbaycan mətbəxinin zəngin nümunələrinin təqdim ediləcəyi furşetə dəvət ediləcəklər.
Qeyd edilməlidir ki, Qərbi Azərbaycanın milli geyim irsinə və qeyri-maddi mədəniyyətinə həsr olunmuş belə bir tədbir ilk dəfə olaraq Azərbaycan hüdudlarından kənarda keçirilir. Layihənin əsas məqsədi əsrlər boyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin yaratdıqları zəngin mədəni irsin təbliği, təşviqi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Tədbirlərlə həm ümumtürk mədəni irsinin ayrılmaz hissəsi olan Qərbi Azərbaycan irsinin Türkiyə ictimaiyyətinə tanıdılması, həm də Azərbaycan türklərinin dünya sivilizasiyasına verdiyi töhfələrin beynəlxalq səviyyədə təqdim edilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, XX əsr ərzində Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri erməni daşnakları tərəfindən, bir sıra xarici ermənipərəst qüvvələrin dəstəyi ilə dörd dəfə deportasiya və etnik təmizləməyə məruz qalıblar. Nəticədə indiki Ermənistan dövləti həmin ərazilərdə formalaşdırılıb, yüz minlərlə azərbaycanlı öz əcdadlarının minilliklər boyu yaşadığı tarixi torpaqlardan zorla çıxarılıb. Sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə 22 rayon və 300-ə yaxın kənddə kompakt şəkildə yaşayan təxminən 300 min azərbaycanlı doğma yurdlarından qovulub.
Bu proses yalnız əhalinin deportasiyası ilə məhdudlaşmayıb, eyni zamanda Qərbi Azərbaycanda əsrlər boyu formalaşmış Azərbaycan xalqının tarixi-mədəni irsi də sistemli şəkildə məhv edilməkdədir. Ankarada keçiriləcək tədbirlər həmin həqiqətlərin beynəlxalq təşkilatların, o cümlədən UNESCO kimi qurumların diqqətinə çatdırılmasına da xidmət edir.
2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Qərbi Azərbaycan İcması sülh yolu ilə, ləyaqətli və beynəlxalq hüquqa uyğun qayıdışı nəzərdə tutan Qayıdış Konsepsiyasında müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyət göstərir. Qərbi azərbaycanlıların öz yurdlarına qayıdış hüququnun bərpası, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində İcma tərəfindən son illərdə mühüm işlər görülüb və əhəmiyyətli nəticələr əldə olunub.
Mədəniyyət diplomatiyasının mühüm nümunələrindən biri olan Ankara tədbirləri də bu məqsədlərə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət diplomatiyası vasitəsilə Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində misilsiz xidmətləri olub və bu fəaliyyət bu gün də uğurla davam etdirilir.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Türkiyə Respublikası Prezident Administrasiyasının Millət Kitabxanasına Qərbi Azərbaycan İcması adından Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış ideologiyasına dair bir sıra elmi və publisistik nəşrlər hədiyyə ediləcək. Həmçinin nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29

