“91-lər”- dən biri “Yeni Azərbaycanda”
17.11.2021 [10:39]
Redaksiyamıza gələn qonaq Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü
Bu gün “Yeni Azərbaycan” qəzetinin redaksiyasına siyasi elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının və “91-lər”- dən biri, Əməkdar jurnalist Tahir Məmmədov qonaq gəlib. Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ərəfəsində baş tutan görüşdə partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi günlər, onunla Naxçıvanda keçirilən görüşlər barədə xatirələr yer aldı. Tahir Məmmədov Ümummilli Liderin indiyə qədər dərc edilməmiş fotoşəkillərini redaksiyamıza təqdim etdi.
“Bu gün partiyamızın yaranmasının 29 illiyi ilə bağlı tədbir keçirdik. Tədbirdə partiyamızın yaradıcısı Ulu Qndər Heydər Əliyevin xatirəsi hörmətlə yad edildi. Müxtəlif çıxışlar dinlənildi, bunu 29 illik fəaliyyətimizin hesabatı da adlandırmaq olar.
Yeni Azərbaycan yarandığı gündən hakim partiya olmağı bacardı, xalqa qucaq açdı. Müstəqillik illərində ölkəmizdə çoxlu sayda siyasi partiyalar fəaliyyətə başladı və biz bu yolları ümumi, milli mövqeyimizdən çıxış edən partiyaların hər biri ilə qardaş kimi yeridik. Onların inkişafını qısqanmadıq. Təbii ki, dövlətçiliyimizə qarşı yönələn, xarici qüvvələrdən güc alan partiyalar istisna olmaqla”, - deyə qocaman jurnalist xatırlatdı.
O, “91-lər”-in yarandığı günləri xatırlayaraq dedi:
“Bu hərəkat adını 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalısından aldı.
“91-lər” müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında gördülər, bəyan etdilər ki, çətin, məsuliyyətli dövrdə respublikada rəhbərliyə yalnız Heydər Əliyev kimi güclü Lider qadirdir və onun hakimiyyətə gəlməsində israrçı oldular. Heydər Əliyev ölkənin ziyalılarına, elm və incəsənət xadimlərinə yüksək dəyər verən, çoxuzaq görən şəxs idi. O zaman Naxçıvan Ali Sovetinin sədri idi. Milli Məclisə deputat kimi gəldi və çox az zaman sonra biz onun Azərbaycanı alovların arasından çəkib çıxarmasının şahidi olduq”, - deyə müsahibimiz qeyd edir.
29 il ərzində ölkədə baş verən dəyişikliklər göz önündədir, buna səbəb, bu illər ərzində partiyanın başında iki böyük siyasi dühanın, öncə Heydər Əliyevin, sonra Müzəffər Prezidentimiz lham Əliyevin dayanmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

