Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb

09.12.2021 [13:04]

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Hadis|ə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti də məlumat yayıb.

“Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən  hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, - məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31