Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya şirkətlərinin Qarabağdakı işlərdə iştirakı ilə bağlı Azərbaycana 13 paket təklif olunub

Rusiya şirkətlərinin Qarabağdakı işlərdə iştirakı ilə bağlı Azərbaycana 13 paket təklif olunub

16.12.2021 [13:02]

"Azərbaycan Rusiya Federasiyasının Qafqaz regionunda başlıca tərəfdaşıdır".

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib: “Ötən müddət ərzində əməkdaşlığımız daim inkişaf edib”.

Baş nazirin müavini son iki ildə dünyanın koronavirus pandemiyası da daxil olmaqla bir sıra təhlükələrlə üzləşdiyini xatırladıb: “Yeni reallıqlar əməkdaşlığımız üçün yeni imkanlar açıb. İki ölkə arasında müxtəlif sahələrə dair 7 yol xəritəsi təsdiqlənib. Hazırda ölkəmizdə Rusiya kapitallı 1110-dək müəssisə fəaliyyət göstərir".

Ş.Mustafayev 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanlarının yarandığını söyləyib, bununla bağlı Rusiya tərəfindən 13 layihə təqdim edildiyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30