/ / Ölkə Prezidentinin Brüssel görüşləri Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin göstəricisidir
Ölkə Prezidentinin Brüssel görüşləri Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin göstəricisidir
16.12.2021 [21:15]
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqar yaradan Azərbaycan dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırmaqla yanaşı, bu çağırışı da etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalı, zamana və məkana görə tətbiq edilməməlidirlər. Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bu kimi məqamlara bir daha işıq saldı. Belə ki, ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə NATO və Avropa İttifaqının Azərbaycana dəstəkləri aydın ifadə olunur. Hər iki qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Avropa İttifaqı Şurasının Prezidenti bəyanatında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, həmçinin 11 yanvar 2021-ci il Moskva və 26 noyabr 2021-ci il Soçi görüşlərində imzalanan Bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edib ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Brüssel görüşlərini Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, artan siyasi çəkisinin təqdimatı kimi də dəyərləndirə bilərik:“Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 5 saata yaxın görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Cənab İlham Əliyev Sammitdə çıxışında bu reallığı xüsusi qeyd etmişdir ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Göründüyü kimi, bu kimi məqamlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Artıq bu reallıq təsdiqlənir ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Azərbaycan hər zaman gələcəyə baxır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir. Azərbaycan qalibiyyəti təmin edən əsas şərtlərə nail olduqdan sonra “Dəmir yumruq” əməliyyatı ilə dünyaya səs saldı.”
Millət vəkili Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Emənistanın baş nazirinin Brüssel görüşünü Soçi zəfərimizin davamı kimi dəyərləndirib: “Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Görüş nəticə etibarilə səmərəli keçdi. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Təbii ki, bu hədəflərin reallığa çevrilməsi üçün bölgədə dayanıqlı sülh və təhlükəsizlik əsasdır. Bunun üçün Ermənistanla atəşkəs deyil, real sülh sazişi barədə danışılacaq. Cənab İlham Əliyev Sammit çərçivəsində İspaniyanın “El Pais" qəzetinə müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirmişdir.”
“Ümumilikdə hər bir görüş münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır. O da məlumdur ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş də keçirildi. Bütün bu təşəbbüslər nədən xəbər verir? Təbii ki, bu uğurlarımız Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin nəticəsi olaraq beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. 30 ilə yaxın dövrdə ikili standartlara əsaslanan siyasətin nəticəsi göz önünddir. Bütün hallarda Azərbaycan öz mövqeyindən bir addım da belə geri çəkilməyərək torpaqlarının işğaldan azad edilməsinə nail oldu. İşğalçılıq siyasəti yürüdən, mütəqilliyi formal xarakter daşıyan Ermənistan isə bütün enerji layihələrindən təcrid olunaraq iqtisadi böhran içərisində çapalayır. İşğalçı dövlətin yeganə çıxış yolu sülh sazişini imzalayaraq, gələcəyə baxmaqdır. Brüssel xəbərdarlığı Ermənistan rəhbərliyini ciddi düşündürəcək və bugünədək qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirməsinə yardımçı olacaq”,- deyə Malik Həsənov
Xəbər lenti
Hamısına baxAnalitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35

