/ / Prezident İlham Əliyevin dünya mediasına müsahibəsi Azərbaycanın ədalətli və qətiyyətli mövqeyinin bir daha nümayişi oldu
Prezident İlham Əliyevin dünya mediasına müsahibəsi Azərbaycanın ədalətli və qətiyyətli mövqeyinin bir daha nümayişi oldu
20.12.2021 [15:50]
“Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində İspaniyanın “El Pais" və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibə verdi. Dünyada çox məşhur olan hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti əslində son zamanlar bir sıra dairələrin, xüsusilə də anti-Azərbaycan qrupların, “5-ci kolon”un, marginal dəstələrin ətrafında spekulyasiya və manipulyasiya qurmağa çalışdıqları mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev müsahibələrində Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsinin, xüsusilə də erməni siyasi spektrində revanşizm əlamətlərinin görünməsinin, ermənilərin dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərmələrinin əsas səbəblərini təhlil olunmuş şəkildə diqqətə çatdırdı: “Bu istiqamətdə qeyd olunmuş fikirlərin əsas fəlsəfəsi də ondan ibarət idi ki, bir daha dünya ictimaiyyəti ermənilərin yalanlarını görməli, onlara inanmamalıdır. Məsələn, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddialarının əsassız olmasını bilməli, Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdışın olmamasını, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını qəbul etməli, Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu görməli, 30 il ərzində Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı soyqırımı törətməsini qəti şəkildə qınamalıdır. Dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da yaranmış yeni reallıqlara əsasən Ermənistan hökumətini azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmamağa, normallaşma prosesinə dəstək olmağa çalışmağa çağırmalı, hətta məcbur etməlidir. Çünki Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasından, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir”.
Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin müsahibələri həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56

