Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVƏ
27.12.2021 [17:15]
Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ
"Möhtərəm Prezidentimiz!
Çoxhörmətli Yeni Azərbaycan Partiyasının Sədri!
Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanımız Sizin 18 illik titanik fəaliyyətiniz sayəsində davamlı inkişaf yolunda uğurla irəliləyərək beynəlxalq miqyasda özünəməxsus layiqli və nüfuzlu yer tutmuşdur.
Təbii ki, siyasi, iqtisadi, sosial, hərbi sahələrdə əldə edilmiş uğurların fövqündə Sizin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətinə sədaqətiniz, Rəhbər kimi sözlə əməlinizin vəhdəti, beynəlxalq aləmdə daima artan nüfuzunuz dayanır.
Siz Ulu Öndərin şah əsəri olan çağdaş, demokratik Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri səviyyəsinə yüksəldilməsi üçün müəllifi olduğunuz strateji proqramları həyata keçirməklə yanaşı, xalqımızın taleyində xüsusi əhəmiyyətə malik olan transmilli layihələrə fədakarlıqla və qətiyyətlə imza atmaqla müasir və gələcək tariximizin ən parlaq səhifələrinə möhür vurmusunuz.
Dünyanın ən güclü ordularından birinə çevirdiyiniz Silahlı Qüvvələrimiz Sizin Ali Baş Komandan kimi müdrik rəhbərliyinizlə 21-ci əsrin hərb tarixinə yeni səhifə yazdı. Siz dövlətimizi QALİB DÖVLƏT, xalqımızı QALİB XALQ zirvəsinə yüksəltdiniz. Xalqımıza bəxş etdiyiniz və Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi əbədiyyət qazanan ZƏFƏR GÜNÜ indiki və gələcək nəsillər üçün əsl qəhrəmanlıq salnaməsidir. Bu möhtəşəm Qələbə ilə Siz xalqımızın intizarla gözlədiyi tarixi ədaləti bərpa etdiniz, millətimizin milli mənliyi və qürurunu özünə qaytardınız.
Biz, konfrans iştirakçıları, parlaq Qələbəni bizə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, bundan sonra da Sizin ətrafınızda daha sıx birləşərək, yeni zəfərlərə gedən yolda birlikdə addımlayacağıq!
Hörmətli cənab Prezidentimiz!
Siz yüksək intellektiniz, dərin məntiqiniz sayəsində ən uca yüksəklikləri fəth etmiş, əvəzolunmaz Lider olaraq, millətimizin, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının və beynəlxalq tərəfdaşlarımızın yüksək etimadını qazanmısınız.
Mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilmiş doğma Azərbaycanımızın hər bir vətəndaşı daima Sizinlədir və öz Lideri ilə fəxr edir, Sizə sonsuz məhəbbətini ifadə edərək qürur duyur.
Əminik ki, məhz Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyinizlə dövlətimiz, xalqımız yeni-yeni uğurlara, qələbələrə qovuşacaqdır. Dövlətimiz, xalqımız üçün bu taleyüklü yolda Sizə və hörmətli Mehriban xanıma möhkəm cansağlığı, davamlı nailiyyətlər arzulayırıq. Allah Sizi qorusun!
Yaşasın Azərbaycan!
Eşq olsun Azərbaycan Prezidentinə!"
Müraciət Yeni Azərbaycan Partiyasının təşkilatcılığı ilə 2021-ci il dekabrın 24-də keçirilən “QARABAĞ: CƏNUBİ QAFQAZDAN DÜNYAYA AÇILAN YENİ MƏNZƏRƏ” mövzusunda elmi-praktik konfransda qəbul edilmişdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31

