Kəllə qənd alarkən nələrə diqqət etməli?
29.01.2022 [12:08]
Qida təhlükəsizliyi mütəxəssisləri İmişli Kəllə Qənd Zavodunda monitorinq aparıblar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və sağlam qida sahəsində peşəkar araşdırmaçı Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan kəllə qənd məhsullarının istehsal səviyyəsinin araşdırılması və keyfiyyət parametrlərinin yoxlanılması məqsədilə ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələrinə baş çəkiblər. Ziyarət edilən müəssisələr arasında “Azərşəkər” markasının istehsal edildiyi İmişlidə yerləşən Kəllə Qənd Zavodu da olub.
Zavodda baş tutan görüşdə mütəxəssislər bazarda mövcud olan keyfiyyətsiz qənd məhsulları ilə bağlı ciddi narahatlıq keçirdiklərini diqqətə çatdırıblar. Onların bildirdiklərinə görə, müəssisəni ziyarət etməkdə əsas məqsədləri qənd məhsullarının keyfiyyəti ilə bağlı onlara istehlakçılar tərəfindən çoxlu sayda sorğuların və zənglərin gəlməsidir. Buna səbəb də bir çox kiçik sexlərin qəndləri süni şəkildə ağartmaq məqsədilə zərərli vasitələrdən istifadə etməsidir. Xüsusilə qəndin ağardılması üçün bəzi sexlərin istifadə etdiyi blankit (ağardıcı maddə) kanserogen maddələr siyahısındadır. Blankitin miqdarı normadan artıq olduqda insan sağlamlığında proqnozlaşdırıla bilməyəcək qədər təhlükə törədir. Bu maddə kükürd tərkiblidir. Blankit insan sağlamlığına zərər gətirən, xüsusən də mədə-bağırsaq fəaliyyətini pozan, xərçəng xəstəliyinə səbəb olan bir maddədir.
Ölkədə sağlam qənd məhsulu istehsalının monitorinqi məqsədilə bu kimi suallara cavab tapmaq üçün sözügedən mütəxəssislər rəsmi şəkildə fəaliyyət göstərən və böyük istehsal gücünə malik olan İmişli Kəllə Qənd Zavodunda istehsal prosesini əvvəldən axıra qədər müşahidə ediblər. Mütəxəssislər müəssisədə “Azərşəkər” kəllə qənd məhsullarının əritmə, bişirmə, qəliblərə dolum, qurutma, doğrama, ələnmə və qablaşdırma kimi müxtəlif emal proseslərindən keçərək hazırlandığının şahidi olublar. Müşahidələrdən də göründüyü kimi, zavodda kəllə qənd bişirimi vakuum mühiti altında olduğu üçün burada hər hansı yanma, saralma baş vermir. Sentrafuqa qurğusu ilə mərkəzdənqaçma qüvvəsi sayəsində ağartmanın daha şəffaf alınmasına nail olunur, bu zaman heç bir kimyəvi qatqıdan, zərərli maddələrdən istifadə edilmir, məhsul tam təbii yolla istehsal olunur. Məhsulun mənşəyi yüksəkkeyfiyyətli şəkər çuğundurudur. İstehsal prosesində insan faktoru nisbətən aşağı olmaqla zavodda tam avtomatlaşdırılmış bir sistem fəaliyyət göstərir.
Xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər bütün emal prosesləri operatorlar tərəfindən izlənərək reallaşdırılır. Nümunəçilər laboratoriyada qənd nümunələrini müntəzəm yoxlayır və istehsala uyğunluğu ilə bağlı öz rəylərini bildirirlər.
Mütəxəssislər daha sonra zavodda qəndin doğranması və qablaşdırılması prosesləri ilə tanış olublar, həmçinin anbarlarda məhsulun saxlanılması şəraitini də yaxından izləyiblər.
Müşahidələrini tamamlayan AİB-nin sədri Eyyub Hüseynov və sağlam qida mütəxəssisi Məhsəti Hüseynova zavodda izlədikləri istehsal prosesini və hazırlanan məhsulların yüksək keyfiyyətli olduğunu təsdiq ediblər.
Daha sonra zavodun yerləşdiyi rayonun mağazalarında həyata keçirilən reydlər zamanı sözügedən mütəxəssislər istehlakçılar arasında sorğu keçiriblər. Sorğu nəticəsində istehlakçıların qənd məhsullarını alarkən əsasən nələrə diqqət etdikləri öyrənilib və onlara qida təhlükəsizliyi baxımından məhsul seçimində qiymətlərlə yanaşı, keyfiyyət dəyərlərinə də əhəmiyyət verilməsi tövsiyə olunub. Bununla yanaşı, mütəxəssislər həmin mağazalardan analiz aparılması üçün müxtəlif qənd çeşidləri götürərək öz müşahidələri ilə birgə, analizlərin nəticələrini də ictimaiyyətə müxtəlif media kanalları üzərindən təqdim edəcəklərini bildiriblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34

