Çörəyin qiyməti niyə artmalıdır ki?
31.03.2022 [09:58]
Vahid Əhmədov: İnsanları çörəklə sınağa çəkmək olmaz
Günel ABBAS
Rusiya və Ukrayna arasında davam edən müharibənin nəticələri özünü təkcə siyasi və hərbi arenada göstərmir. Vəziyyətin gərginləşməsi fonunda iqtisadi sahəyə də ziyan vurur. Belə olduqda qiymət artımlarının müşahidə olunacağı qaçılmazdır. Hazırda taxıl və şəkər məhsullarının gələcək ehtiyatları barədə müəyyən narahatlıq var. Son günlər əhəmiyyətli qida vasitəsi olan çörəyin qiymətində 1-2 manat arası artım olacağı barədə də fikirlər dolaşır. Bu artım həqiqətən gözlənilirmi? Yaxud hökumət hansı zəruri tədbirləri həyata keçirir?
Suallarımızı Milli Məclisin deputatı Vahid Əhmədova ünvanladıq. Deputat “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, Rusiya bu gün Azərbaycana taxıl ixrac edən tək ölkə deyil: “Pakistan da Azərbaycana taxıl ixrac etməyə hazır olduğunu açıqlayıb. Digər tərəfdən əlavə alternativ kimi Ukrayna və Qazaxıstandan da taxıl idxal edə bilərik. Müəyyən sahibkarlar var ki, onlar qiymətlərin süni şəkildə artması üçün ajiotaj yaradırlar. Ancaq hesab edirəm ki, Azərbaycanda taxıl ehtiyatı kifayət qədərdir və əlavə qiymət artımına gedilməyəcək. Bu məsələdə bizim ən böyük səhvimiz bir dövlətlə müqavilə bağlamağımızdır, taxıl ixrac edən digər ölkələrlə müqavilə bağlamalı idik. Sözsüz ki, hökumətin hazırkı vəziyyət üçün xüsusi tədbirlər planı mövcuddur”.
V.Əhmədov qeyd etdi ki, taxıl insanların ən həssas yeridir: “Vətəndaşları çörəklə imtahana çəkmək olmaz. Onsuz da taxıl məmulatlarında bu yaxınlarda qiymət artımı müşahidə olundu. Növbəti artım üçün əsaslı bir səbəb olmalıdır, hələlik belə bir səbəb yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

