Əlillik 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyənləşəcək
18.05.2022 [17:08]
Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək.
Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq. Bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.
Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:
- özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi, gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):
I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması, onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;
- sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı):
I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;
- istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı):
I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması;
- ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):
I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
- davranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı):
I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
- öyrənmə bacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):
I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə həmin bacarıqları qavramaq çətinliyinin olması;
- əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):
I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı.
Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq. Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

