Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb
20.05.2022 [17:19]
Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıblar.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:
“Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada təşkil olunan “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçıları, xüsusilə postmünaqişə vəziyyətlərində davamlı inkişafın təmin edilməsində mədəni dirçəlişin və mədəni mühitin qorunmasının əhəmiyyətini bir daha təsdiqləyirik;
Azərbaycanın bu mühüm beynəlxalq konfransa Şuşada ev sahibliyi etmək təşəbbüsünü alqışlayırıq. Azərbaycan Hökuməti bütün region üçün uzunmüddətli sabitlik və dayanıqlı inkişaf üçün yeni imkanları nəzərdə tutan hərtərəfli və iddialı humanitar gündəm müəyyən etmişdir. Biz Azərbaycan hökumətinin münaqişədən zərər çəkmiş Azərbaycanın mədəni, dini və təbii irsinin dirçəldilməsi və bərpasına, infrastrukturun yenidən qurulmasına yönəlmiş münaqişədən sonrakı davamlı humanitar səylərini yüksək qiymətləndiririk;
Mədəniyyət münaqişələrdən sonra körpülərin qurulmasında, dialoq və əməkdaşlığın yaradılmasında universal alət kimi tanınır. Biz mədəniyyətlərarası dialoqun dayanıqlı sülhə töhfə verməsində müsbət rolunu vurğulayırıq. İnanırıq ki, beynəlxalq birlik mədəniyyət fəlsəfəsinin sülhün möhkəmlənməsinə töhfəsinin araşdırılmasını ehtiva edən Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə tərəfdaşlıqda elan etdiyi “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüsləri dəstəkləyə bilər.
Mədəni irsin bir parçası olmaq və ondan istifadə etmək hüququ insanların mədəni hüquqlarının tərkib elementini təşkil edir. Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində təsbit edildiyi kimi, hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququnu vurğulayırıq. Mədəni irsin qorunması bütün dünya xalqları üçün böyük əhəmiyyət kəsb edir və mənsubiyyətindən asılı olmayaraq, mədəni sərvətlərə vurulan hər hansı zərər silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasında da öz əksini tapdığı kimi bütün bəşəriyyətin mədəni irsinə vurulan zərbə deməkdir. Buna görə də biz mədəni-dini obyekt və abidələrin mənşəyindən asılı olmayaraq hədəfə alınmasını və silahlı münaqişələr zamanı, xüsusən də işğal vəziyyətində, onların məhv edilməsini qətiyyətlə pisləyirik;
Biz BMT-nin 11 nömrəli Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı etmək üçün daha yaxşı ekoloji qayğıya və şəhərsalma planına ehtiyac olduğunu təsdiqləyirik. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə zəngin və müxtəlif ekosistemlərin qorunmasına da həssaslıqla yanaşan, dağıdılmış şəhər infrastrukturunun Azərbaycan Hökuməti tərəfindən əhəmiyyətli dərəcədə yenidən qurulmasını qeyd etmək lazımdır. Biz həmçinin müvafiq beynəlxalq sənədlərə, o cümlədən “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” UNECE-nin Helsinki Konvensiyasına uyğun olaraq ətraf mühitin çirklənməsinin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayırıq;
Bununla da, millətlər arasında sülh münasibətlərini qətiyyətlə dəstəkləməklə yanaşı, mədəni-dini və təbii irsin qorunmasının vacibliyini vurğulayaraq və BMT-nin 2030-cu il Gündəliyinin müvafiq məqsədlərinə sadiqliyi təsdiq edərək,
Biz, Şuşa konfransının iştirakçıları, beynəlxalq birliyə müraciət edərək, Azərbaycan hökumətinin postmünaqişə dövründə infrastrukturun və dağıdılmış tarixi abidələrin bərpasına, mədəniyyətin və irsin dirçəldilməsinə yönəlmiş humanitar təşəbbüslərinə birmənalı və qəti dəstəyini verməyə çağırırıq. Bu kontekstdə biz beynəlxalq ictimaiyyəti etimadın möhkəmləndirilməsi tədbirlərinə, mədəni-dini və təbii irsin canlandırılmasına və postmünaqişə uğurlu barışıq modellərinin təşviqinə yönəlmiş səylərə dəstək olmağa çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

