Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan BSTDB-in əlavə kapitallaşdırılmasını dəstəkləməyə hazırdır

Azərbaycan BSTDB-in əlavə kapitallaşdırılmasını dəstəkləməyə hazırdır

23.06.2022 [11:12]

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) əlavə kapitallaşdırılmasına dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bakıda keçirilən 24-cü İllik Toplantısında maliyyə naziri, Bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ölkə bu məsələdə bundan sonra da lazımi dəstəyi verəcək.

S.Şərifov bildirib ki, hazırda Rusiya ilə Ukrayna arasındakı hazırkı münaqişə ərzaq böhranı və Qara dənizdə logistika ilə bağlı problemlər yaradıb.

“Beynəlxalq maliyyə institutları müharibə və koronavirus (COVID-19) pandemiyası ilə bağlı bütün çətinlikləri qiymətləndirməlidir”, - o vurğulayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında BSTDB-in Direktorlar Şurasının növbədənkənar iclasında bankın nizamnamə kapitalının artırılması ilə bağlı qərar qəbul edilib. Qərar səs çoxluğu ilə, xüsusən də bankın ən böyük səhmdarları - Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul edilib.

Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30