4 ildən sonra...
12.08.2022 [10:16]
Dünyanın ən aktiv palçıq vulkanı püskürdü
MÜŞFİQƏ
Dünən Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Belə ki, Lökbatanda püskürən vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb. Geologiya və Geofizika İnstitutundan mətbuata verilən məlumata görə, bu, güclü püskürmədir. Hadisə avqustun 11-də yerli vaxtla saat 09:36-da qeydə alınıb.
Dərhal müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə olub. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə, püskürmə zamanı ayrılan seysmik enerjisi E=0.6?107 təyin olunub.
Mövzu ilə bağlı ETSN ilə əlaqə saxladıq. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, palçıq vulkanının ətrafında yaşayış yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmənin səbəb və nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.
Qeyd olunub ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 kilometr cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada beş ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.
Təbiət hadisəsindən necə faydalana bilərik?
Mütəxəssislərin fikrincə, palçıq vulkanlarının tərkibindəki maddələrdən kosmetoloji məhsulların hazırlanmasında da geniş istifadə edilə bilərik. Bildirilir ki, sağlamlıq turizminin inkişafı baxımından yeni təyinatlı turizm obyektləri inşa edilməlidir. Sahibkarlar bu cür turizm obyektlərinin inşasına maraq göstərərək Bakı və Abşeron yarımadasındakı digər rəqib ?otellərdən üstünlüklərini təmin edə bilərlər.
Bundan başqa, vulkan palçığının yüksək balneoloji xüsusiyyətlərinə görə bir sıra xəstəliklərin müalicəsində ondan istifadə edirlər. Bura dayaq-hərəkət aparatının, oynaqların, onurğanın, əsəb sisteminin, dəri, mədəbağırsaq traktının müalicəsi, şəkər diabeti xəstəliyi, ateroskleroz və boyun osteoxondrozu, ginekologiya, urologiya və kosmetologiya daxildir. Bu barədə növbəti sayımızda daha ətraflı danışacağıq.
Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda cəmləşib
Azərbaycan ərazisi dünyanın palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik bölgələrdəndir. Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 kv.km ərazidə cəmlənib. Bu təbiət abidələrinin sayına, çoxçeşidliliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycanın tayı-bərabəri yoxdur. Ölkəmiz palçıq vulkanların vətəni sayılır, desək, yanılmarıq. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Son illərdə palçıq vulkanlarının aktivləşməsi 2001-ci ildə qeyd olunub. Ümumilikdə, Azərbaycanda 220-dən çox palçıq vulkanı var. Onlar həm quruda, həm də dənizdə mövcuddurlar. Xəzər dənizində isə 140-dan çox sualtı palçıq vulkanı var.
Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.
Vulkanların püskürməsinin səbəbləri nədir?
Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşcə əsl vulkanın kiçicik formasına bənzəyir. Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin bir çox səbəbləri var. Vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Palçığın temperaturu adətən sabit qalır və ən isti yay aylarında belə 15 C-ni aşmır.
Zəlzələlərin və vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə də əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına və püskürməsinə təsir edir. Bir sözlə, zəlzələnin baş verməsi vulkanın püskürməsinə də təkan verir. 1813-cü ildə Xəzərdə Yanan Tava bankəsindəki zəlzələ eyni adlı palçıq vulkanının püskürməsinə səbəb olmuşdu.
Palçıq vulkanlarımız dünyanın diqqətində
Son 25 ildə Azərbaycanın palçıq vulkanları dünyanın aparıcı neft şirkətləri mütəxəssislərinin (BP, Statoil, AMOK, Ekson), Avropa universitetlərinin (Almaniya, İtaliya) eləcə də Rusiya və Ukrayna alimlərinin bizimlə birgə tədqiqat obyektinə çevrilib. Alınan elmi nəticələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu jurnallarında, beynəlxalq konfransların, simpoziumların materiallarında dərc olunub.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

