Türkiyə - etibarlı tərəfdaş
01.09.2022 [10:48]
Amerika şirkətləri alternativ yollar axtarışında
Nicat PAŞA
Tarixi təcrübələrə nəzər yetirdikdə müxtəlif dövrlərdə siyasi-iqtisadi məzmunlu sanksiyalara məruz qalan dövlətlərin bu və ya digər üsullarla həmin qadağalardan qurtulmaq yollarından istifadə etdiklərini görmüş oluruq. İndi də analoji vəziyyət yaranıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalar Rusiya bazarını tərk edən Amerika şirkətlərinin özləri üçün də problemlərə yol açıb. Bu səbəbdən də Ukrayna münaqişəsinə görə Rusiya bazarını tərk edən Amerika şirkətləri alternativ yollardan istifadə etməkdə maraqlıdırlar.
Xarici mətbuatda yayılmaqda olan bəzi iddialarda Amerikanın Türkiyə vasitəsilə Rusiya ilə gizli ticarətin yolunu axtardığı bildirilir. Bu barədə “Yeni Şafak” Türkiyənin işgüzar dairələrindəki mənbələrə istinadən yazıb. Onların fikrincə, Qərbin anti-Rusiya sanksiyalarından yan keçmək istəyən bir çox amerikalı şirkətlər türk şirkətlərinə müəyyən komissiya müqabilində ortaq iş aparmağı təklif edirlər. Nəşrin mənbələri bildiriblər ki, son aylar belə təkliflərin sayı artıb.
Nəşr qeyd edir ki, hazırda Amerika şirkətləri Rusiya-Türkiyə-Dubay-ABŞ marşrutu ilə öz bizneslərini aparır, Rusiyadan mal alırlar. Türk şirkətlərinə ortaq ticarət sövdələşmələri təklif edən Amerika şirkətləri Rusiya bazarındakı itkilərini ödəmək üçün bu üsula əl atırlar.
ABŞ şirkətlərinin Rusiyadan almaq istədikləri əsas mallar arasında neft-kimya məhsulları, mineral yanacaqlar, qiymətli metallar və daşlar, taxıl, dəmir və polad, gübrələr, kimyəvi maddələr, su məhsulları və spirtli içkilər var.
Xatırlatmaq yerinə düşər ki, Türkiyə bu günə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə NATO üzvü olaraq qalır. Türkiyənin Rusiya ilə etibarlı qaz müqaviləsi var. Bu səbəbdən də ölkə enerji sektorunda sanksiyalara qoşula bilməz. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Türkiyənin baş verə biləcək silahlı münaqişənin qarşısını almaq cəhdlərini də qeyd etmək lazımdır. Diqqət yetirilməli olan digər önəmli məqam Türkiyənin təşəbbüsü ilə taxıl ixracına dair sazişin imzalanması məsələsidir. Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair imzalan, sazişlə iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Bundan başqa, Türkiyə Prezidentinin hər iki ölkənin dövlət başçıları ilə sıx təmasları da qardaş ölkənin regionda sülh təminatçısı olduğunun əyani nümunələrindən biridir.
Bunun fonunda ABŞ Ankaraya təzyiq göstərir, məhdudiyyətlər tətbiq etməklə hədələyir. Xüsusilə, “The Wall Street Journal” (WSJ) yazır ki, ABŞ türk şirkətlərini sanksiyalar altında olan Rusiya fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq etməkdən çəkindirir. Belə ki, ABŞ maliyyə nazirinin birinci müavini Adewale Adeyemo türk şirkətlərini problemlərlə hədələyərək, onların ABŞ-ın məhdudiyyətləri altına düşmək riskini qeyd edib.
Hətta məlumatlar arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmiləri Rusiya ilə ticarət əlaqələrinə görə türk iş adamlarını hədələyiblər. ABŞ kəşfiyyat xidməti MKİ-nin Türkiyədəki nümayəndəsinin də qatıldığı görüşlərdə türk iş adamlarını Rusiya ilə ticarətlə bağlı hədələmək cürətinə nail olub.
Bəs səsləndirilən iddialarda həqiqət payı varmı? Təcrübə nə deyir? Belə bir hal baş verəcəyi təqdirdə qardaş ölkəyə sanksiya tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, hazırda Türkiyə ilə Rusiya arasında olan münasibətlərin yuxarı səviyyədə olması Türkiyə üzərindən Rusiya ilə əlaqələr üçün yaxşı bir fürsət yaradır: “Əvvəlcə deyim ki, Amerika şirkətlərinin Türkiyə üzərindən Rusiya ilə ticari əlaqələr qurmaq niyyəti gözləniləndir və bu niyyət var. Bunu gerçəkləşdirmək üçün həmin şirkətlər yollar axtarır. Bəziləri bacarmır, bəziləri yol olaraq Türkiyəni və digər ölkələri seçir. Məsələn, Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Ermənistanda nə qədər Rusiya şirkəti açıldı? Yaxud Azərbaycanda və Ermənistanda nə qədər daşınmaz əmlak alındı? Yəni sanksiya qoyulmuş ölkə ilə əlaqələrdə həm ölkənin öz subyektləri, həm də o ölkələrlə əlaqəyə can atan, müəyyən maddi maraqlar güdən ölkələrin təsərrüfat subyektləri alternativ yollar axtarırlar. Və bu yollardan biri təbii ki, Türkiyədir. Təbii ki, bu məsələ Mərkəzi Kəşfiyyat İdarəsinin diqqətindən qaça bilməz. Düşünürəm ki, Amerika bu məsələyə icazə verməyəcək. Çünki aidiyyəti kəşfiyyat orqanları çox güclü işləyir”.
Ekspert bir müddət əvvəl Çin şirkətlərinin də ABŞ-la bağlı oxşar məsələsinin gündəmə gəldiyini də xatırladıb: “Həmin vaxtda Amerikanın iri şirkətləri Çindən qrantlar alaraq birgə layihələr həyata keçirərək və yaxud müəyyən paylarını Çin şirkətlərinə sataraq ticarət dövriyyəsində də, digər iqtisadi aktivlərin alınmasında və digər fəaliyyət növlərində də Çin şirkətlərinin fəallığı ABŞ tərəfindən birmənalı qarşılanmadı. Və hətta Çin şirkətlərinə sanksiyalar tətbiq edilmişdi. Bir müddət əvvəl isə Amerika şirkətlərinin qanunla Çində olan fəaliyyətlərini genişləndirməsi qadağan olundu. Yəni həmin şirkətlər bağlanmadı, amma həmin şirkətlərə yeni investisiyaların yatırılaraq böyüdülməsi qadağan olundu. Amerika öz şirkətlərinə çox ciddi şəkildə nəzarət edir. Bu, biznes maraqlarıdır. Amma bunu ABŞ qarşılayacaq”.
E.Əmirovun sözlərinə görə, qeyd edilən səbəblərdən dolayı Türkiyəyə sanksiyaların tətbiq edilməsi məsələsi reallıqdan çox uzaqdır: “Sadəcə olaraq buna görə Türkiyəyə sanksiya qoymaq - bu, mümkün deyil. Hazırda Türkiyənin Rusiya ilə münasibətlərinin hansı səviyyədə olması bəllidir. Münasibətlərə sanksiya qoyulmadığı təqdirdə Amerika şirkətlərinə görə Türkiyəyə sanksiya qoyulması reallıqdan çox uzaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

