Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

04.09.2022 [12:14]

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək.

Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.

Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında əsasən Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31