Bakının azadlığı ilə yaşıd“Azərbaycan” qəzeti
15.09.2022 [11:08]
Aysu ABBASOVA
Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi günlə yanaşı, rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin də ilk nömrəsinin işıq üzü gördüyü tarixdir. Cümhuriyyətimizlə yaşıd olan “Azərbaycan” qəzetinin ilk nömrəsi Gəncədə nəşr olunub. Qəzetin ilk redaktorlarından biri Üzeyir Hacıbəyov olub. Qəzet 1919-c? il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyovun imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun Hacıbəyovun əməyi və xidmətləri şəksizdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun Hacıbəyov öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışıb və 1951-ci ildə buna Münhendə (Almaniyada) nail olub.
Cümhuriyyətimizin şahidi olan bu qəzet Azərbaycan tarixində hansı önəmə sahibdir?
1918-ci il mart ayının 31-dən sentyabrın 15-nə qədər Azərbaycanda milli mövqeləri müdafiə edən qəzetlərin fəaliyyəti qadağan olunmuşdu. 6 ay Azərbaycanda milli maraqlara söykənən anadilli qəzetlər yalnız bolşevik platformasını qəbul edən “Hümmət” və “Bakı şurası məhbari” idi.
Sentyabrın 15-i bizim tariximiz üçün həm də Azərbaycanda milli mətbuatın bərpası günüdür və eyni zamanda “Azərbaycan” qəzetinin ilk sayının işıq üzü gördüyü tarixdir. “Azərbaycan” qəzetinin ilk 4 sayı Gəncədə nəşr olunub və 4 saydan sonra qəzetin redaksiyası Bakıya köçüb. Ümumiyyətlə, AXC-nin ensiklopediyasını, bütün dövrlərini özündə əks etdirən yeganə qəzet “Azərbaycan” qəzetidir. Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun istiqlalına, xarici düşmənlərdən mühafizəsinə bu qəzetin çox ciddi təkanları olub.
“Azərbaycan” qəzeti həm də böyük bir məktəbdir. Bu mənada 15 sentyabrı Azərbaycan jurnalistlərinin bayramı da adlandırmaq olar. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir, parlament qəzetidir, Milli Məclisin orqanıdır. 1918-ci ilin “Azərbaycan” qəzetində də “Məclis-i Məbusan” sərlövhəli rubrika altında AXC parlamentinin bütün xəbərləri, iclasları işıqlandırılıb, parlamentdə müzakirəyə çıxarılan ayrı-ayrı qanun layihələri və mübahisə doğuracaq məsələlər barəsində kifayət qədər yazılar olub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

