Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib
28.09.2022 [16:42]
“Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və "İçərişəhər" İdarəsi görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş müsabiqələr elan edib.
Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi yazıçı, alim və pedaqoq Mir Cəlalın anım gününə həsr edilmiş tədbir keçirilib. Qeyd edək ki, “Ədibin Evi” Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində 1908-ci ildə anadan olan Mir Cəlal 70 yaşında Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub. Onun 100 illik yubileyi UNESCO təşkilatının Parisdəki baş qərargahında 2008-ci ildə sərgi və yubeliy mərasimi ilə qeyd edilmişdi.
Anım tədbirində ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərək “kiçik hekayənin böyük ustası”nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələr üzərində çalışacaqları barədə müzakirə aparıblar.
Tədbir iştirakçıları vurğulayıblar ki, Mir Cəlalın bədii sözlə maraqlı sujet, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmamışdır. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səsləyən fəaliyyət istiqamətlərinə də təkan verərdi.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva anım tədbirinin yekununda Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan etdi.
Onlardan birincisi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş “6 Sözlük Əhvalat” adlı müsabiqədir.
Bu müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllimovun sədrliyi ilə peşəkar yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar.
Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcəkdir.
Medianın İnkişafı Agentliyinin rəsmi veb-saytında yer alan səhifəyə (https://bit.ly/MEDİA) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq, həmçinin müsabiqəyə müraciət etmək mümkündür.
Müsabiqələrin ikincisi “Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına III hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə edibinevi@gmail.com ünvanına 2023-cü il 1 yanvar tarixinədək göndərilməlidir. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Final mərhələsinə yüksələn 10 (on) hekayə “TEAS Press Nəşriyyat Evi” tərəfindən toplu şəklində nəşr ediləcəkdir. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2023-cü ilin aprel ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2 000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

