Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənilərin Daşkəsəndə basdırdığı 452 ədəd mina zərərsizləşdirilib

Ermənilərin Daşkəsəndə basdırdığı 452 ədəd mina zərərsizləşdirilib

04.10.2022 [11:31]

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31