Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub

Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub

10.10.2022 [09:42]

Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub, ölən var.

Hadisə oktyabrın 9-da rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, Süleyman Məmmədov idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və onun iki azyaşlı övladını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31