Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Krım körpüsündə partlayan yük maşını Ermənistandan da keçibmiş

Krım körpüsündə partlayan yük maşını Ermənistandan da keçibmiş

10.10.2022 [16:59]

Rusiya Krım körpüsündə partlayan yük maşınının marşrutunu müəyyənləşdirib.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prezident Vladimir Putinlə görüşündə bildirib.

İstintaq Komitəsinin rəhbəri artıq ilkin məlumatların olduğunu bildrib.

Bastrıkin istintaq qrupunun əsaslı nəticələr əldə etdiyini bildirərək partladılan yük maşınının artıq marşrutu haqqında informasiyanın əldə olunduğunu diqqətə çatdırıb.

“Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 205-ci – “Terrorçuluq” maddəsi ilə iş açılıb. Şahid ifadələri alınıb, xüsusi ekspertizalar başa çatıb. Əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı Federal Təhlükəsizlik Xidməti orqanlarına, Rusiya Daxili İşlər Nazirliyinə müvafiq göstərişlər verilib”.

Bastrikin partladılan yük maşınının marşrutunun Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar diyarı ilə təşkil olunduğunu da diqqətə çatdırıb.

Öz növbəsində, Bolqarıstanın hökuməti xüsusi xidmət orqanlarından şənbə günü Krım körpüsündə partlayan yük maşını ilə bağlı məlumat istəyib.

Bu barədə hökumətin sözçüsü Anton Kutev Bolqarıstan milli televiziyasına açıqlama verib.

“Hökumət Krım körpüsündə partlayan yük maşını ilə bağlı yoxlamalar aparır və xüsusi xidmət orqanlarından bu barədə məlumat tələb edir”, - deyə Kutev qeyd edib.

Şənbə günü Krım körpüsü üzərində qonşu yük qatarının çənləri də alovlanıb. 5 nəfər ölüb. Körpünün yarımadaya doğru gedən avtomobil hissəsinin iki aşırımı dağılıb.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31