Baş Prokurorluq Gəncəyə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb
17.10.2022 [11:55]
Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.
Qurumun Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir:
"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
Belə ki, müharibə ərazisindən 60 kilometr kənarda yerləşən Gəncə şəhərinə ilk raket hücumu 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən təşkil olunmuş, nəticədə 1 dinc sakin həlak olmuş, 39 nəfər isə yaralanıb.
Təcavüzkar dövlət tərəfindən bir gün sonra Gəncəyə ikinci hücumun təşkil edilməsi nəticəsində 3 mülki şəxs yaralanıb.
2020-ci il oktyabrın 8-də Gəncənin növbəti raket hücumuna məruz qalması nəticəsində 3 mülki şəxs yaralanıb, infrastruktura, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
2020-ci il oktyabrın 11-i gecə saat 2 radələrində Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti raket zərbələrinin endirilməsi nəticəsində aralarında qadın və uşaqlar olan 10 nəfər həlak olmuş, 51 nəfər isə yaralanıb.
Oktyabrın 17-də gecə saatlarında şəhərə “SCUD” (“Elbrus”) ballistik raketinin atılması nəticəsində 5-i qadın, 6-sı uşaq olmaqla 15 nəfər həlak olmuş, 29-u qadın, 19-u uşaq olmaqla 79 nəfər yaralanıb, o cümlədən yaşayış evləri və digər tikililərə külli miqdarda ziyan dəyib.
Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 66-sı qadın, 48-i azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, dini abidələrə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələrinin gecə saatlarında hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olmuşdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə bir daha çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!"
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

