Ulu Öndərin təşəbbüsü ilə...
20.10.2022 [10:27]
41 əvvəl istismara verilən “Azərbaycan” İES
Atalar qurur, oğullar davam etdirir
Stabil enerji mənbələrinə malik olmaq dövlətin müstəqilliyini şərtləndirən əsas faktorlardan biridir.
Ölkəmizin əsas enerji mənbəsi olan və Mingəçevir şəhəri ərazisində yerləşən “Azərbaycan İES” respublikanın enerjiyə olan tələbatının yarısını ödəyir.
Bu baxımdan dövlətin elektrostansiyaya olan diqqəti bütün ölkə əhalisi üçün önəmlidir. Tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.
Son illərdə elektrostansiyada görülən işlərin nəhəngliyi ulu öndər Heydər Əliyevin dövrünü - 1980-ci illəri xatırladır. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.
Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan stansiya
Şübhəsiz ki, bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman - 1981-ci ildə stansiyanın birinci bloku istismara verildi. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda diqqətini daim Azərbaycana yönəldirdi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik.
Yenilənən enerji mənbəyimiz
Düzdür, energetika sistemimiz zaman keçdikcə köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada generasiya davam edirdi. O illərdə böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi. Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Azərbaycan Dövlətinin müstəqil həyatında enerji böhranı baş verdi. Bu böhran Azərbaycan İES-də baş verən qəza nəticəsində olmuşdu. Qəzadan sonra Prezident İlham Əliyevin göstərişi ilə kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Prezidentin tapşırığı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası”-MMC-nin yenidən qurulması, reabilitasiyası proqramı təsdiq olundu. Cəmi 2 il ərzində - 2020-ci ildə illərdən bəri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıqlar yenisi ilə əvəz olundu. Görülən işlər, yaradılan infrastrukturlar sayəsində stansiya müasirləşdi, gözəlləşdi və etibarlılığı artdı. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı.
3 ölkəni işıqlandıran “Azərbaycan” İES
Azərbaycan 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdı. İndi isə ölkəmiz enerjini ixrac edir. Özü də bir ölkəyə yox, 3 ölkəyə - Türkiyə, Gürcüstan və zərurət yarandıqda Rusiyaya elektrik enerjisini ixrac edir. Bundan sonra da ixracın daha da artırılması və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edilməsi prioritet məsələlərdən biridir. Çünki əhali, sənaye, biznes fəaliyyəti artır - bütün bunlar da öz növbəsində enerji tələb edir. Hazırda “Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının demək olar ki, yarısını ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə elektrik verilişi xətləri ilə ötürülür.
Ulu Öndərin enerji siyasətinin davamı - Energetiklər Günü
İlham Əliyev bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də Ulu Öndərin siyasətini davam etdirir. Bunun nəticəsidir ki, “Azərbaycan” İES-in birinci enerji blokunun Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildiyi tarix - 20 oktyabr Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

