Dumanlı dağlardan boylanan, ifası kimi dastana dönən...
22.10.2022 [10:30]
Xudayar Yusifzadə
G.QABİLQIZI
Bu gün Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin şəhadətə ucalmasından iki il ötür. Xudayar 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Təbəssümü ilə güldürüb, nəğməsi ilə ağladan Xudayar...
İnsan gülüşü ilə yaşadır deyirlər, Xudayarın videodakı görüntülərini ilk dəfə izləyəndə hamımızın üzündə təbəssüm yaranmışdı. Söhbət iki il əvvəl dilimizdə əzbər olan, indi isə telefon zənglərimizə çevrilən “Vətən yaxşıdır” ifasından gedir. O videonu izləyərkən iki gün sonra bu gülüşlərin kadrlarda donub qalacağını bilmirdik. Xudayar “Vahid, sorma, Vətən nədən yaxşıdır?” deyərkən əmin idi ki, Vətənin yaxşılıq səbəbi sorğuya gəlməz. Vətən nur üzlülərin, gülüşü gözəllərin, ürəyi Vətən eşqiylə alışıb-yananların qanıyla yoğrulub. O qandan çiçəklər göyərəcək, uca-uca çinarlar, palıdlar boy verəcək. Nə qədər o meşələr yaşayır, dağlar dikəlir, sular axır o möcüzələr yaşayacaq. Ətrafına sevinc, səadət, gülüş səpəcək Xudayar kimi oğullar...
Xalqımız Xudayarı ömrünün son günlərində ifa etdiyi mahnının kiçik bir parçası ilə tanıdı. Bəlkə də bu bizim üçün Xudayarın ən gözəl xatirələrindən, özü üçün ən böyük mükafatlardan biridir. Ona görə mükafatdır ki, Xudayar Yusifzadə bir neçə dəqiqəlik ifası ilə bütün ölkədə tanındı, rəğbət gördü. Ölümündən sonra tanınan azsaylı insanlardan biri kimi tarixə düşdü. Həm ifası ilə, həm də şəhadəti ilə yaddaşlara həkk olundu.
Xudayarın ifası da özü kimi dastana döndü. Hamılıqla bu ifadan elə təsirləndik ki, mahnının adını dəyişərək “Xudayar təsnifi” adlandırdıq. Vətən yaşadıqca bu ifa yaşayacaq, xalqımızın dilindən düşməyəcək. Xudayarımızın anası Radə xanımın dediyi kimi, “o səs təkcə Xudayarın səsi deyil, bütün şəhidlərimizin səsidir”. Hər dəfə bu ifanı eşitdikcə insanın qəlbi riqqətə gəlir, sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq.
Döyüşlərdən alnıaçıq çıxan zaman
İki il əvvəl “Xudayar təsnifi”ni “Vətəni Xudayarın səsindən tanıyın” başlığı ilə paylaşmışdılar. Bu ifadə məni çox təsirləndirmişdi. Məncə, Vətəni Xudayar kimi, onun səsində sezilən eşq ilə sevmək lazımdır. Ölümündən iki gün qabaq Zəngilanda “Vətən yaxşıdır” zənguləsi ucalan, 3 gün ac-susuz qalan Xudayarın igidliyi qədər sevmək lazımdır Vətəni. O Xudayar ki, döyüşlərin gərgin vaxtında mahnı oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirmiş.
Xudayar xalqın sevimlisinə çevrildiyi qədər həm də döyüş yoldaşlarının sevimlisi idi. Dediklərinə görə, yüsəkliyə qalxanda Xudayarın burnundan qan axırmış. Komandir “gəl, səni düşürək aşağı, belə döyüşə gedə bilməzsən”, desə də, məhəl qoymurmuş. “Biz buraya qan tökməyə gəlmişik, burnumdan qan axır deyə aşağı düşən deyiləm” deyirmiş. Elə burnunda pambıqla da döyüşüb. Yoldaşları deyirlər ki, o, döyüşlərə elə oxuya-oxuya qatılıb. İçində qorxu hissi də olmayıb, həmişə öndə olub.
Bu qorxmazlığın nəticəsidir ki, Xudayar Yusifzadə Zəngilanda çox yaxın məsafədən döyüşüb, ən qabaqda gedən də onların komandası olub. Birinci güllə dəyəndə deyib ki, deyəsən məni vurdular. Amma heç nə olmamış kimi davranıb, döyüşə davam edib. Təxminən 40 dəqiqə də döyüşüb, sonra... Boğazından aldığı güllədən şəhid olub...
Beşikdən qəbrə qədər...
Bütün şəhidlərimiz haqda eşitdiyimiz onları birləşdirən, eyni mərtəbədə saxlayan bir cümlə var: “O, uşaqlıqdan vətənpərvər idi”. Xudayarın da ürəyi hələ lap balacalıqdan Vətən eşqi ilə döyünüb. Məktəbdə “Əlifba” bayramında ağlayırmış ki, mənə hərbi forma geyindirin. Babası və nənəsi Ağdam rayonundan imiş. Onlara Ağdamı azad edəcəyəm, sizi də ora aparacağam, deyirmiş. Yəqin, o zamanlar heç kim balaca bir uşağın sözünün, arzusunun reallığa çevriləcəyini təxmin etməzdi.
138 Xudayar...
Vətən müharibəsindən sonra xalqımızın gözəl ənənələrindən biri də şəhidlərin adını öz körpələrinə verməsi oldu. Təsadüfi deyil ki, bu adlar arasında Xudayar adı da üstünlük təşkil edir. İlin 9 ayı ərzində 56 uşağa Xudayar adı verilib. Keçən il isə bu rəqəm 82 olmuşdu. Onların hər biri Xudayarın təkcə adını yox, həm də ruhunu yaşadır. Xudayarların sayı daha da artacaq, buna heç şübhəmiz yoxdur. Şəhidlərimizin adını daşıyan körpələr onların iradəsi, ruhu, əqidəsi ilə böyüyəcək!
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

