“Millət üçün ən vacib dayaq nöqtəsi onun soydaşlarıdır” - Sayman Aruz
26.10.2022 [10:54]
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı baş tutacaq. Ümumiyyətlə, AYB ilə bağlı məlumatlar hər zaman cəmiyyətdə böyük maraqla qarşılanır. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri AYB-nin XIII qurultayıdır ki, onun da keçirilmə vaxtı tez-tez dəyişdirilir.
Xatırladaq ki, hələ 2021-ci ildə AYB sədri, Xalq yazıçısı Anar Rzayev Birliyin XIII qurultayının azad Şuşada keçiriləcəyini bildirmişdi. Daha sonra isə qurultayın 2022-ci ilin oktyabr ayında Şuşada keçirilməsinin planlaşdırıldığı qeyd edildi. Bunun ardından açıqlama gəldi ki, qurultay sentyabrın 30-da Bakıda keçiriləcək, sonra qurultayın oktyabrın 5-də keçiriləcəyi bildirildi. Lakin yekun olaraq qurultayın 26 oktyabr tarixində baş tutacağı ilə bağlı konkret qərar verildi.
Qurultay öncəsi AYB-nin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Cənubi Azərbaycandakı hazırkı ədəbi mühit və görülən işlərlə bağlı açıqlama verib. Sayman Aruz güneydəki soyaşlarımızın ədəbiyyata marağı, son zamanlar ədəbi proseslərdə baş verənlərlə əlaqədar fikirlərini bölüşüb. Onun sözlərinə görə, AYB ədəbi orqan olduğu üçün Cənubi Azərbaycan şöbəsinin fəaliyyəti ədəbi-mədəni çərçivəyə uyğun olaraq həyata keçirilir: “Xüsusilə də, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hər şeydən öncə müdafiəsi, daha sonra isə mədəni əlaqələri təbliğ etmək və Şimali-Cənubi Azərbaycan arasında ədəbi körpünü yaratmaq üçün çalışmışıq.
Cənubi Azərbaycanda yaşayan şair və yazar soydaşlarımızın Azərbaycanda kitablarının çapı və təbliğatı ilə bağlı işlər görmüşük. Eyni zamanda, Şimali Azərbaycanda yaşayan yazarların, şairlərin də kitabını Təbrizdə, Tehranda, Ərdəbildə, Urmiyada və bir çox yerlərdə çap etmişik. Lakin Şimali və Cənubi Azərbaycan arasında ədəbi körpünün yaradılmasına cəhd etsək də, nəzərə almaq lazımdır ki, bizim bu məsələlərlə bağlı əlimizdə kifayət qədər vəsait və ya imkanlar yoxdur. Ona görə də fəaliyyətimiz, gördüyümüz işlər sırf əlimizdəki imkanlar çərçivəsindədir. Hesab edirəm ki, imkanlarımızı nəzərə alsaq, gördüklərimiz həddindən artıq məqsədəuyğun və qənaətbəxşdir”.
S.Aruz zaman-zaman Güneydə Azərbaycan dilində kitabların çapı, məktəblərin açılması ilə bağlı məsələyə də toxundu. O, bu sahədə vəziyyətin ürəkaçan olmadığını dedi: “Cənubi Azərbaycanda anadilli kitabların çapı və məktəblərin açılması üçün xeyli sayda vəsaitə ehtiyac var. Müstəqil Azərbaycanda yaşayan 10 milyon əhalinin Mədəniyyət Nazirliyi, AYB kimi böyük strukturu, qəzetləri, jurnalları var. Bütün bunlara rəğmən, narazı olan insanlar peyda olur. Nə dili, nə mədəniyyəti, nə də milli varlığı olmayan Cənubi Azərbaycandakı minlərlə şair, yazıçı və ədəbi fəalın müdafiəsi üçün olduqca böyük imkanlara ehtiyac var. Cənubi Azərbaycan şöbəsinin də xüsusi bir büdcəsi yoxdur. Yalnız bir komissiyadır və xüsusi səlahiyyətlərə malik deyil. Lakin Anar müəllimin diqqəti sayəsində xeyli işlər görə bilmişik. Ancaq işlər bununla bitmir. Xüsusilə, cənab Prezidentin son çıxışından sonra artıq bu məsələ siyasi xəttimizə də çevrilib. Bununla da ədəbiyyatımıza bir yön verildi. Ulu öndər Heydər Əliyev 1980-ci ildən bu yana ədəbiyyatımızı yenidən yazdırmağa başladı. Bu gün də eyni hadisələr yaşanır. Fikrimcə, bütün bunlar Azərbaycanda fəaliyyət göstərən müxtəlif orqanlara bir mesaj olmalıdır ki, Cənubi Azərbaycanla bağlı səlahiyyətli mərkəzlər yaradılsın, imkanlar, büdcələr verilsin və bu imkanlara uyğun işlər görülsün. Millət üçün ən vacib dayaq nöqtəsi onun soydaşlarıdır. Bu gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı müdafiə edə bilməsək, onları ədəbi-mədəni baxımdan birləşdirə bilməsək, sabahısı gün qarşımıza çıxan müxtəlif problemlər zamanı həmin soydaşımızdan hansı gözləntilərimiz ola bilər? Ona görə də, bu məslələr üzərində ciddi çalışmalıyıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

