/ / Ceyhun Bayramov Aİ ölkələrinin nümayəndələrini Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları barədə məlumatlandırıb
Ceyhun Bayramov Aİ ölkələrinin nümayəndələrini Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları barədə məlumatlandırıb
27.10.2022 [11:33]
Oktyabrın 26-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqına (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, investisiya, təhsil və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib. Bu xüsusda, 2022-ci il iyulun 18-də Aİ-yə qaz nəqlinin iki dəfə artırılması, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. İşğaldan azad olunmuş ərazilərdə geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Azərbaycan və Aİ arasında investisiyalar sahəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə daim sadiq olduğunu bildirib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.
Nazir, həmçinin postmünaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko Azərbaycan və Aİ arasında əməkdaşlıq imkanlarının, habelə regionda vəziyyətin müzakirəsi üçün yaradılan belə bir şəraitə görə təşəkkür edib. Petr Mixalko əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların mühüm rol oynadığını bildirib. Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsinin tezliklə yekunlaşdırılmasının əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Daha sonra nazir Aİ-yə üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

