İşğaldan 29 il ötmədi
29.10.2022 [11:20]
Tarixi yenidən yazılan Zəngilan
G.QABİLQIZI
Keçmişini unudan xalqın gələcəyi olmaz deyiblər. 1990-cı illərdə itirdiyimiz torpaqlarımıza və şəhidlərimizə görə həmin illəri xatırlamaq hər nə qədər ağrılı da olsa, unuda bilmərik. Çünki millət yalnız unudanda məhv olur. Biz də unutmamışıq, başımıza gətirilən bəlaları, yurd-yuvamızdan didərgin düşdüyümüz tarixləri yaxşı xatırlayırıq.
Həmin tarixlərdən biri də Zəngilan rayonunun işğal edildiyi tarixdir. Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində 67 gün mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 250-yə yaxın şəhid vermişdi. Rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur. Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın erməni hərbi birləşmələri tərəfindən işğal olunması rayonun 33 mindən çox əhalisinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdu.
2 il əvvəl tarix yenidən yazıldığına görə, bu gün Zəngilanın işğalından 29 il ötmür. İndi işğal tarixindən yalnız hadisələrin bu üzünü unutmayaq, unutdurmayaq, deyə bəhs edirik. Bu gün cümləni bitirərkən feilin zamanını dəyişiriksə, bunu yalnız Azərbaycan Ordusuna borcluyuq. Çünki rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə tariximizin ən şərəfli səhifələrini yazdı. Vətən Müharibəsində müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başladı.
Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdi. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdu. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Sükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdu. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdi. Bununla həm də illərdir qəlblərdə alovlanan yurd həsrəti bitmiş, Cocuq Mərcanlıda olduğu kimi, Zəngilanda da həyat yenidən qaynamışdır. “Böyük Qayıdış”ın ilk addımlarının da məhz Zəngilanın Ağalı kəndində atılması, Zəngilanda Beynəlxalq Hava Limanının açılması bu torpaqların strateji əhəmiyyətindən xəbər verir. İndi smart kəndlər üzərində qurulan, müasir standartlara cavab verən Zəngilana hissə-hissə, addım-addım qayıdırıq və bu qayıdışımız əbədidir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

