Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyan: Dünya ictimaiyyəti Qarabağı Azərbaycanın bir hissəsi hesab edir

Paşinyan: Dünya ictimaiyyəti Qarabağı Azərbaycanın bir hissəsi hesab edir

29.10.2022 [14:50]

Dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

yeniazerbaycan.com Sputnik Armenia"ya istinadən xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

O, Qarabağ məsələsinin həlli ilə bağlı bir neçə təklifin olduğunu deyib.

“Birinci təklifdə Qarabağ məsələsinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması yer alıb”, - Paşinyan deyib.

O digər yanaşmanın da olduğunu söyləyib.

“Başqa bir yanaşma ondan ibarətdir ki, - Qarabağ məsələsini həll edək. Amma belə olan halda sual yaranır ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir. Amma dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”, - deyə Paşinyan əlavə edib.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31