Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda müavinətlərin növləri artırılır

Azərbaycanda müavinətlərin növləri artırılır

03.11.2022 [11:53]

Azərbaycanda müavinətlərin növləri artırılır.

Bununla bağlı “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsinə (Müavinətlərin növləri) dəyişiklik təklif olunur.

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

2. uşağın anadan olmasına görə müavinət:

3. dəfn üçün müavinət.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31