Heydər Əliyevin hər bir çıxışı Azərbaycan dilinin ali səviyyədə təmsilidir
05.11.2022 [13:11]
Ümummilli liderimiz Heydər Əliyev üçün daim diqqət mərkəzində olan prioritet məsələlərdən biri də dövlətimizin atributlarından hesab edilən Azərbaycan dilinin qorunması və nüfuzunun yüksəlməsi idi. Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan dilinin inkişafı və istifadə arealının genişlənməsi üçün əlindən gələni etmişdir. Sovet hakimiyyəti zamanında bir çox mötəbər məclislərdə, dövlət səviyyəli tədbirlərdə doğma ana dilində çıxışlar edərək o həm Azərbaycan dilinin ifadə imkanlarını bütün incəlikləri ilə nümayiş etdirmiş, eyni zamanda ətrafındakılara da “ana dilinizdə danışmaqdan çəkinməyin” mesajını vermişdir.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı bir neçə fərman və sərəncam imzalamışdlr. Burların arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı xüsusən seçilir. Bu fərmanı bir neçə cəhətdən unikal sənəd hesab etmək olar. Akademik N.Cəfərov yazır: “Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona ( Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamışdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları barədə heç bir elmi mənbədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir.
Fərmanda Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi ideyası əsas götürülərək bununla bərabər dilin mənşəyi probleminə də əsaslı izah verilmişdir. Fərmanda deyilir: “Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır.
Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”. Dövlətin ali rəsmi sənədində əks olunan bu müddəalar xalqımızın və dilimizin mənşəyini ümumtürk kontekstindən kənarda görənlərə tutarlı cavab rolunu da oynadı.
Ümummilli liderimiz peşəkar natiq olaraq Azərbaycan dilində səlis, aydın danışır, dilin bütün incə çalarlarından məharətlə istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilində etdiyi çıxışlar bir çox adlı-sanlı dilçilər tərəfindən araşdırılmış, bu nitqlər dilçiliyin müxtəlif istiqamətləri üzrə tədqiq olunmuşdur. Bununla belə Heydər Əliyevin natiqliyi, dilin lüğət ehtiyatından istifadə ustalığı, Azərbaycan xalqının folklor və ədəbiyyat nümunələrindən yerində və tutarlı istifadə bacarığı hələ uzun illər ritorika sənəti üçün örnək təşkil edəcək, bizə nəyi, necə və nə zaman? demək lazım olduğunu öyrədəcəkdir. Çünki ümummilli liderimiz Heydər Əliyevin hər bir çıxışı Azərbaycan dilinin ən ali formada təmsilidir.
Vəfa Abbasova
ADNSU-nun Humanitar fənlər kafedrasının müəllimi, filololgoya üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19

