Sanksiya dalğası davam edir...
11.11.2022 [10:30]
Aİ-dən İrana qarşı yeni qadağalar
Nicat PAŞA
İranda daxili vəziyyət gərgin olaraq qalmaqda davam edir. Kütləvi etirazların qarşısı alınarkən həbs olunan, yaralanan və öldürülən şəxslərin sayı durmadan artır. Gənc qızın öldürülməsinə etiraz edən cəmiyyətin qarşısı alınarkən təkcə ötən həftə ərzində 314 nəfər öldürülüb, 14 min nəfərdən çox şəxs həbs edilib. Siyasi şərhçilərin qənaətinə görə, real göstəricilər etiraf ediləndən qat-qat yüksəkdir. İranda baş verənlər bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Etirazlar səbəbindən İrana qarşı tətbiq edilən sanksiyaların əhatə dairəsinin genişləndirilməsi də aidiyyəti beynəlxalq qurum və təşkilatların gündəliyində yer alan aktual məsələlərdəndir. Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok da “Twitter” səhifəsində yazıb. O bildirib ki, Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək.
“Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, - deyə XİN rəhbəri bildirib
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq Yeganə Hacıyeva insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təsisatların baş verənlərə susqunluq nümayiş etdirməsinin təəssüfverici olduğunu diqqətə çatdırıb: “Maraqlı burasıdır ki, insan haqları ilə bağlı cavabdeh olan xüsusi instansiyalar hər hansı bir reaksiya verməyiblər. Analoji hadisələr fərqli bir yerdə baş versəydi, mütləq BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı ən azından bir bəyanat verməli idi”.
“Əmininin öldürülməsindən dörd həftə sonra sanksiyaların tətbiq olunmasının ancaq bir izahı var. Məsələ ondadır ki, keçən həftə İran parlamentinin 290 üzvündən 227-i üzvü həbs edilən 15 minə yaxın insanın həbsi ilə bağlı çağırış etdi. Bu çağırış da faktiki olaraq “stimul” rolu oynadı. Aradan keçən müddət ərzində daha çox insanın öldürülməsi ilə bağlı məlumatlar gəlir. Biz bunları sosial media üzərindən daha aydın şəkildə müşahidə edə bilirik”.
Y.Hacıyeva sanksiyaların İranın yeni müharibəyə hazırlaşması səbəbindən tətbiq edildiyi qənaətindədir: “İran daxili etirazların və təlatümlərin fonunda təhlükəsizlik qüvvələrinin və hərbi potensialın artırılması istiqamətində cəhdlər edir. İran bunun üçün aktiv tərzdə xarici hərbi texnikalar alır. Bu isə o deməkdir ki, İran özünün müdafiə imkanlarını genişləndirməklə həm daxildə, həm də xaricdə müharibəyə hazırlaşır. Bu səbəbdən də Avropa Birliyi faktiki olaraq Amerika və Avropa texnologiyalarının İranın əlinə keçməsinin qarşısını almaq üçün bu sanksiyalar paketini tətbiq edir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

