Rumıniyada Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub
11.11.2022 [14:17]
Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Rumıniya Parlamentinin Azərbaycan-Rumıniya dostluq qrupunun sədri Daniel Kristian İvanitse, Yassı Universitetinin rektoru Tudorel Toader, universitetin prorektorları və professor-müəllim heyəti iştirak edib.
Bu barədə yeniazerbaycan.com-a ADU-dan məlumat verilib.
Qeyd edək ki, artıq beş ildir Yassı Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur. Fənni universitetin professoru Lüdmila Bejenaru tədris edir. O, Azərbaycan mədəniyyətini, tarixini, dilini sevən mütəxəssis kimi həmin mərkəzin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarının, “Bir, iki, bizimki...” pyesinin rumın dilinə tərcüməçisi Lüdmila Bejenaru Azərbaycan ədəbiyyatının ölkəsində təbliği üçün vacib işlər görür.
Mərkəzin açılış mərasimindən əvvəl isə akademik Kamal Abdulla və rektor Tudorel Toader arasında görüş keçirilib. Görüşdə ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov da iştirak edib.
Görüş zamanı ADU və Yassı Universiteti arasında memorandum imzalanıb. Memoranduma əsasən, iki təhsil ocağı arasında tələbə-müəllim mübadiləsi aparılacaq, elmi konfranslar təşkil olunacaq, müxtəlif müstəvilərdə səmərəli əməkdaşlıq qurulacaq.
Həmçinin səfər çərçivəsində Kamal Abdullanın rumın tələbələrlə görüşü baş tutub. Rumın tələbələrin Azərbaycana olan marağı bu gün ölkəmizin dünya miqyasında tutduğu mövqe ilə bağlı son dərəcə vacib və faydalı məqamdır.
Xalq yazıçısı Kamal Abdulla tələbələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ildə iki dəfə - yayda və qışda keçirdiyi Multikulturalizm məktəbinə dəvət edib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

