Havalar soyuyub: Qışa hazırıqmı?
15.11.2022 [10:36]
Yeganə BAYRAMOVA
Qış mövsümü yaxınlaşır. Dekabrın 21-də ölkəmizə daxil olacaq mövsümdə soyuq havalar kommunal xidmətlərdən daha çox istifadə etmək məcburiyyətimizi artırır. Sərt havalarda hər kəs istilik sistemi, mavi qaz və işıqla tam şəkildə təmin olunmaq istəyir, desək, yanılmarıq. Havaların soyuması hər birimizin diqqətini kommunal xidmətlərlə məşğul olan dövlət qurumlarının fəaliyyətinə yönəltməyə və bir sual haqqında düşündürməyə vadar edir: Görəsən bu qurumlar qışa hazırdırmı?
Qeyd edək ki, bu gündən etibarən Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik veriləcək. Bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq.
“Azəristiliktəchizat” ASC-dən “Yeni Azərbaycan”a bildirilib ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub: “2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təchizatı layihəsi icra olunub. Bunun nəticəsində hazırda Bakı və regionlarda 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyekt istiliklə təmin edilir.
“Azəristiliktəchizat”ın xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərinə nəzərdə tutulur”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

