İslam incəsənətinin zənginliyi
18.11.2022 [10:40]
Bu gün Beynəlxalq İslam İncəsənəti Günüdür
Səidə RƏHİMLİ
Hazırda dünyanın ən geniş yayılmış dinləri arasında olan İslam dini digər dinlərdən zəngin mədəniyyəti ilə fərqlənir. Mütəxəssislərin proqnozlarına əsasən, 2070-ci ildə İslam xristianlığı ötərək dünyanın ən geniş yayılmış dini olacaq.
Digər dinlərin nümayəndələri dinimizi terrorçuluq hadisələri ilə əlaqələndirərək ləkələməyə çalışırlar. Halbuki İslam dini insanlara, heyvanlara və bütün digər canlılara qarşı heç bir zorakılığı əsla qəbul etmir. Dinimiz elm öyrənməyi daim dəstəkləyir. “İslam incəsənəti” adlanan bir sahənin olması belə dinimizin incəliklərindən xəbər verir.
İncəsənətin İslam dinində günah olduğunu güman edənlər də var. Lakin bu, tamamilə yanlış fikirdir. Müqəddəs kitabımız olan Qurani-Kərimdə müəyyən bir nizamla yaradılmış bütün kainat Allahın sənət əsəri olaraq ifadə edilir. Ən böyük sənətkar uca Allahdır və insanlar tərəfindən yaradılmış hər bir sənə? əsəri Allaha aparan bir vasitədir. Sənət ümumbəşəri bir dildir, insanları rahatladan, zövqünü oxşayan əsərlər ortaya çıxarır. Belə bir sahəni günah adlandırmağın özü günah olar.
“İslam incəsənəti” anlayışı ilk yarandığı vaxtlarda (e.ə. VII əsrdə) bəzi Avropa incəsənət tarixçiləri bu sahəyə istehza ilə yanaşırdılar. Lakin “İslam incəsənəti” tarixin bütün sınaqlarından çıxa bildi və hazırda bütün sahələri xeyli inkişaf edərək məşhurlaşıb.
2019-cu ildən etibarən hər il 18 noyabr tarixi Beynəlxalq İslam İncəsənəti Günü olaraq qeyd olunur. Bu gün vasitəsilə dinimizin incəsənət sahələrinin incəlikləri, digər mədəniyyətlərə verdiyi töhfələr haqqında bütün dünya məlumatlanır.
İslam incəsənətinin sahələri:
* Xəttatlıq - Quran ayələri binaların divarlarında, sütunlarda əşyalar üzərində xüsusi üsulla yazılır. Buna bəzən “Quran sənəti” də deyirlər. İbadət üçün getdiyiniz məscidlərdə fikir vermiş olarsınız, çoxusunun divarlarında Quran ayələri həkk olunub. Və ya tarixi abidələrimizə diqqət yetirsək, əksəriyyətində daş üzərində Quran ayələrinin oyulduğunu görə bilərik;
* Səmavi rəqslər - bu sahədən demək olar ki, hər birimiz xəbərdarıq. Xüsusi ağ geyimlə musiqi sədaları altında rəqs edən “səmazən”lər... Bu rəqslər insanın ruhunu dincəldir. Etik qaydalara əsasən, səmavi rəqslər zamanı sakitliyə mütləq riayət etmək lazımdır;
* Rəssamlıq - belə düşünənlər var ki, insan və heyvan şəkillərinin çəkilməsi günahdır. Əgər bu Allaha şərik qoşmaq üçün edilirsə, təbii ki, günah olacaq. Lakin məqsəd sadəcə sənətlə məşğul olmaq və bir-birindən gözəl əsərlər yaratmaqdırsa, bunu günah saya bilmərik. Texnologiyanın olmadığı dövrlərdə çəkilən rəsmlər, portretlər bizə tarixi şəxsiyyətlərin simalarından, tarixi hadisələrdən xəbər verir. Bəzən bir rəsm əsərinə baxan zaman zövqümüz oxşanır və ruhumuzun dincəldiyini hiss edirik. Sizcə, belə bir sahə günah ola bilərdi?
* Xalçaçılıq - həndəsi fiqurları, naxışları, insan və ya heyvan fiqurlarını əks etdirən şərq xalçalarında rənglərin ahəngi insanı valeh edir. Bütün dünyada məşhurlaşan şərq xalçaları evlərin divarlarını, döşəmələrini bəzəyir;
* Memarlıq - məscidlər, binalar, sütunlar üzərində xüsusi bəzəklərlə əks olunan oyuqlar, göz qamaşdıran naxışlar tikililərin həm xaricinə, həm də daxilinə fərqlilik qatır. Növbəti gedişinizdə məscidlərin gümbəzlərinin içəridən mozaika sənəti ilə necə möhtəşəm göründüyünə diqqət yetirin;
* Dulusçuluq - keramik qablar üzərində heyvan və ya insan təsvirləri, naxışlar, həndəsi fiqurlar xüsusi ustalıqla nəqş olunur və s.
İslam incəsənətində sahələr xeyli çoxdur. Hər bir sahə dünya mədəniyyətinə öz töhfələrini verir. Dünyada bəzi ölkələrdə fəaliyyət göstərən İslam İncəsənəti Muzeyində bu böyük ustalıq tələb edən sənətlərin tarix boyu yaradılmış ən gözəl nümunələri sərgilənir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

